Bakıda Çin avtomobilləri festivalı keçiriləcək
Festivalda 15 Çin avtomobil brendindən ən son modellər nümayiş etdiriləcək.Bakıda Çin avtomobilləri festivalı keçiriləcək.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) rəsmi internet saytında məlumat yayıb.
"China Auto Fest 2023" adlanan forum 22-24 sentyabr 2023-cü il tarixində "Park Bulvar" ticarət və əyləncə mərkəzində baş tutacaq. Festivalda 15 Çin avtomobil brendindən ən son modellər nümayiş etdiriləcək.
Festival günlərində avtomobillərin sınaq yürüşlərinə yazılmaq və dilerlər tərəfindən təklif olunan xüsusi endirim kampanayilarından yararlanmaq mümkün olacaq.
Tamaşaçılar üçün uduşlu müsabiqələr, ənənəvi Çin çay dəsgahı, uşaqlar üçün isə Çin mütəxəssislərinin yaratdığı dünya şöhrətli "Genshin İmpact" kompyuter oyunu da təşkil olunacaq. Əyləncə proqramına Çin folklor musiqisi, Çin mifologiyası mövzusunda "Kospley-defile" və "DJ-party" daxildir. Bir sözlə avtodilerlər assosiasiyası paytaxtımızın sakinləri və qonaqları üçün növbəti avtomobil bayramını təqdim edir.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev bildirdi ki, bu festival iri bir layihənin başlanğıcıdır. Son zamanlar ölkə avtomobil bazarında Çin markalarının ekspansiyasını nəzərə alaraq, məhz bu ölkədən başlamaq qərara alınmışdır. İkinci səbəb isə bu ölkənin avtomobilləri ətrafında formalaşmış köhnə stereotip fikirləri alt-üst etməkdir. Yaxın aylarda isə Britaniya, Almaniya, Amerika, Yaponiya, Cənubi Koreya və İtaliya avtomobil istehsalçılarının məhsullarını nümayiş etdirmək üçün bu sayaq festivallar keçiriləcək.
Festivalların təşkilində əməkdaşlıq etmək üçün assosiasiya müvafiq ölkələrin səfirliklərinə müraciətlər ünvanlayıb. Qeyd edilib ki, növbəti festivalın ulduzları Böyük Britaniya avtomobilləri olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















