VTB-nin rəhbəri Rusiyadan rublun çıxarılmasına limit tətbiq etməyi təklif edib
VTB-nin rəhbəri Andrey Kostin ruslar üçün ölkədən kənara təkcə xarici valyuta ilə deyil, həm də rubl köçürmələrinin məhdudlaşdırılmasını təklif edib. Onun sözlərinə görə, rublun məzənnəsini dəstəkləmək üçün xaricə pul çıxarmaq üçün boşluqları bağlamaq lazımdır.VTB Bankın rəhbəri Andrey Kostin Rusiyadan rublla pul çıxarılmasına limit tətbiq etməyi təklif edib.
Marja.az xəbər verir ki, o, bunu Şərq İqtisadi Forumu ərəfəsində müsahibəsində bildirib .
“Sadəcə başa düşmək lazımdır ki, biz sülh dövründə yaşamırıq. Tutaq ki, siz xaricə pul köçürmək qərarına gəldiniz: limit xarici valyuta ilə ayda 1 milyon dollardır, lakin siz istədiyiniz qədər rublla köçürmə edə bilərsiniz. Məsələn, Ermənistana 1 milyard rubl köçürülür və o, dərhal dollar müqabilində geri qayıdır. Bu fürsəti bağlamaq lazımdır”, – Kostin bildirib.
Bundan əlavə, o vurğulayıb ki, Rusiya hökuməti daha sərt valyuta nəzarəti tətbiq etməyi təklif edir. Kostin onu da qeyd edib ki, həddi xarici valyutada olduğu kimi 100 milyon rubl müəyyən etmək olar.
VTB rəhbəri əlavə edib ki, Mərkəzi Bank digər variantlarla yanaşı rublun çıxarılmasına limit tətbiq etmək təklifini nəzərdən keçirir: "Mənə elə gəlir ki, bu, rublla bağlı vəziyyətin inkişafından asılı olacaq".
Martın sonunda Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xarici banklara vəsait köçürməsinə qoyulan məhdudiyyətləri 2023-cü il sentyabrın 30-dək uzadıb. Məhdudiyyətlər nəzərdə tutur ki, Rusiya vətəndaşları və dost ölkələrdən rezident fiziki şəxslər hələ də bir ay ərzində istənilən xarici bank hesabına 1 milyon dollardan çox olmayan və ya başqa xarici valyuta ekvivalentində pul köçürə bilərlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























