Çip istehsalçısı Arm, 52 milyard dollarlıq IPO planlaşdırır
Şirkət bir səhm üçün 47-51 dollar diapazonunda qiymətə ilkin kütləvi təklif (İPO) planlaşdırır.Yaponiyanın Softbank holdinqinə məxsus Britaniyanın çip istehsalçısı Arm 52 milyard dollara qədər məbləğdə qiymətli kağızların ilkin təklifini (IPO) keçirməyi planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Məlumata görə, şirkət bir səhm üçün 47-51 dollar diapazonunda qiymətə ilkin kütləvi təklif keçirməyi planlaşdırır.
Arm-ın daha əvvəl 60-70 milyard dollar dəyərində qiymətləndirilməsi gözlənilirdi. Eyni zamanda Şirkət IPO-da təxminən 8-10 milyard dollar cəlb etməyi planlaşdırırdı.
Bundan əvvəl şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərdə Barclays, Goldman Sachs, JPMorgan Chase və Mizuho Financial-ın yerləşdirmə prosedurunda iştirak edəcəyini bildirmişdi. Sənəddə daha 24 anderrayter də qeyd olunub.
2020-ci ilin payızında Amerikanın NVIDIA şirkəti Arm-ı Softbank-dan 40 milyard dollara almaq niyyətini açıqlamışdı. ABŞ, Böyük Britaniya və Avropa İttifaqının (Aİ) antiinhisar tənzimləyiciləri satınalmaya qarşı çıxmışdılar. 2021-ci ilin dekabrında ABŞ Federal Ticarət Komissiyası (FTC) NVIDIA-nın yarımkeçiricilər bazarında inhisarçı ola biləcəyini əsas gətirərək, müqavilənin ləğv edilməsini tələb edərək məhkəməyə müraciət etmişdi. Razılaşma həmçinin Aİ, Çin və Böyük Britaniyanın səlahiyyətli orqanlarının təsdiqini tələb edirdi, lakin heç bir tənzimləyici sövdələşməni təsdiq etmədi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






