Azərbaycanda səhmdarlar ordusu niyə yaranmır?
Bu il avqustun 1-nə Azərbaycanda 169,75 min kommersiya qurumu olub. Bunun da cəmi 1,3 %-i və yaxud 2,2 mini səhmdar cəmiyyəti formasında (SC) yaradılıb.
Rəqəmləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti açıqlayıb.
"Bakı Fond Birjası" QSC-nin məlumatına görə isə, ölkədəki SC-lərin cəmi 0,6 mininin (təxminən 27 %-nin) payçılarının sayı 50-dən çoxdur. Bu da Azərbaycanda hələ də səhmdarlar ordusunun yaranmamasından xəbər verir.
Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova deyir ki, bizneslə məşğul olanların SC deyil, Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaratmağa üstünlük verməsi onların işini asanlaşdırmaq istəyindən irəli gəlir: "SC-lərdə nizamnamə kapitalı bir neçə nəfərin vəsaiti hesabına formalaşdığı üçün hesabat vermək öhdəliyi yaranır. Bu prosesdə Dövlət Vergi Xidməti ilə yanaşı Azərbaycan Mərkəzi Bankı və Milli Depozit Mərkəzi də iştirak edirlər. Amma sevindirici məqam da var ki, son illər kommersiya qurumlarında təşkilati-hüquqi formanın MMC-dən SC-yə çevrilməsi müşahidə olunur. SC-lər arasında maliyyə qurumları üstünlük təşkil edirlər. Bu da təbiidir. Çünki "Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara əsasən bank, sığorta və investisiya şirkətləri SC formasında yaradılmalıdır. Lakin onların demək olar ki, hamısının cəmi bir neçə səhmdarı var".
P.Qasımovanın sözlərinə görə, hazırda Azərbaycanda səhmdarlarının sayı 50-dən çox olan kommersiya qurumları əsasən SSRİ dövründən qalmış sənaye və kənd təsərrüfatı müəssisələrinin bazasında yaradılanlardır: “Özəlləşdirmə ilə bağlı qanunvericiliyə əsasən, "əl dəyişən" dövlət əmlaklarının bazasında mütləq SC yaradılmalıdır. Həmin əmlaklarda isə əmək kollektivinin üzvləri payçı qismində çıxış edirlər və səhmdarların sayının 50-dən çox olması bununla bağlıdır. Əslində isə səhmdarlar ordusu, yəni kütləvi səhmdarlıq qiymətli kağızların kültəvi şəkildə tədavülə buraxılmasından, bu yolla kapitalın cəlb edilməsindən irəli gəlməlidir. Yəni şirkət özünü ictimaiyyətə açıq elan edir (ASC olur), biznesinə əhalini və sahibkarlıq subyektlərini şərik edir. Sadəcə Azərbaycanda kapital bazarı zəif inkişaf etdiyi üçün bu üsul özünü doğrultmur".
"Səhmləri açıq satışa çıxarmaq qərarı həm də böyük korporativ məsuliyyətlə müşaiyət olunur. Bu da şəffaflıq, korporativ etika və standartlara riayət etmək kimi məsələləri əhatə edir. Bu addımı atdıqdan sonra şirkətin rəhbəri onu təsis edən insanların yaxın tanışı və yaxud qohumu yox, professional idarəçi olur. Məqsəd isə vahid olur: rəqabətqabiliyyətli, dayanaqlı və uzunmüddətli perspektivli şirkətə çevrilmək. Nəzərə almaq lazımdır ki, investorlar öz vəsaitlərini yalnız bazarda rəğbət, etimad qazanan şirkətin səhmlərinə yönəltməkdə maraqlıdır. Yalnız şirkətin düzgün qurulmuş investisiya siyasəti insanlarda inam yarada bilər. Beynəlxalq aləmdə şirkətlər bu prosesə illərlə hazırlaşır və onlar üçün ASC olmaq bir məqsədə çevrilir. Məqsədəuyğun o olardı ki, şirkət təkamül prosesinin pik həddinə çatıb özünü ictimaiyyətə açıq elan etsin. Bu halda böyük maliyyə resurslar əldə etmək asan olacaq. Bizim qanunvericiliyə əsasən səhmlərnizi açıq bazarda satmadan da ASC yarada bilərsiniz. Lakin, beynəlxalq təcrübədə o vaxt ASC olursunuz ki, səhmlərinizi açıq bazarda satırsız və onlar tədavüldə olur".
İqtisadçı-ekspert Əkrəm Həsənov isə deyir ki, Azərbaycanda SC institutu lazımi səviyyədə inkişaf etməyib, odur ki, iş adamları təşkilati-hüquqi forma kimi MMC-yə üstünlük verir və ölkədə səhmdarlar ordusu yaranmır: "Kommersiya hüquqi şəxslərin 3 əsas forması var ki, bunlar MMC, SC və kooperativdir. Sonuncu daha çox üzvlük əsasında fəaliyyət göstərir və Azərbaycanda əsasən tikinti sektorundadır (Mənzil Tikinti Kooperativləri var). Kommersiya hüquqi şəxsinin dünyada ən populyar təşkilatı hüquqi forması MMC-dir. Hətta bir nəfər belə MMC təsis edə bilər. Bu zaman fiziki şəxs öz məsuliyyətini məhdudlaşdırır. SC-də isə səhmlər birjada dövr etməli və istənilən şəxs həmin səhmi ala bilməlidir. Yəni, məsuliyyət və maddi maraq bölünməlidir. Azərbaycanda bunu etmək istəyənlərin sayı az olduğu üçün SC institutu inkişaf etmir. Halbuki, dünyada bu forma 19-cu əsrdən populyarlaşmağa başlayıb. Yəni, kimsə biznes qurur, lakin bunun üçün pulu çatmır, bankdan isə kredit götürmək istəmədiyi üçün səhmlərini birjada yerləşdirir və qurduğu biznesə ortaq axtarır".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 saat sonra
-
-
7 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
15 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
17 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)




.jpg)







