Gəncədə yerləşən zavoddan 156 milyon manatlıq satış, 6,1 milyon manatlıq mənfəət
"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi 2022-ci ili 6 milyon 133 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Gəncə Avtomobil Zavodu” 2021-ci ili 2 milyon 22 min manat, 2020-ci ili 7 milyon 396 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Birliyin xalis mənfəəti 3 dəfədən çox artıb.
Marja.az Birliyin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Gəncə Avtomobil Zavodu"nun satışdan gəlirləri 156 milyon 81 min manat təşkil edib. 2021-ci ildə “Gəncə Avtomobil Zavodu”nun satışdan gəlirləri 84 milyon 867 min manat olmuşdu. Beləliklə ötən il Zavodun satışdan gəlirləri 84% artıb.
Əlavə edək ki, 2023-cü ildə "Gəncə Avtomobil Zavodu"nun traktor istehsalı kəskin artıb.
31 Dekabr 2022-ci il tarixində "Gəncə Avtomobil Zavodu" İB 88 milyon 742 min manat cəmi aktivlərə malik olub. Zavod 2021-ci ilin sonunda 97 milyon 722 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
5 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























