Moody's Kapital Bank-ın reytinqini təsdiqlədi - "VƏZİYYƏTİ YAXŞIDIR"
Moody's Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) “b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqi isə “Ba3” səviyyəsində təsdiqlənərək, dəyişilməz olaraq saxlanılıb.
Kontragentin uzunmüddətli risk dəyərləndirməsini “Ba2 (cr)”, qısamüddətli risk dəyərləndirməsini isə “Not Prime (cr)” səviyyəsində təsdiq edilib. Hesabatda həmçinin qeyd olunur ki, Kapital Bank-ın gəlirliyi eyni səviyyədə olan qlobal həmkarları ilə bərabərdir və ölkə daxili rəqiblərindən daha yüksəkdir.
“Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində Kapital Bank mənfəətlik dərəcəsini qoruyub saxlayacaq. Bank kifayət qədər kapital ehtiyatına malikdir və 1 yanvar 2017-ci il tarixinə qədər Bankın kapital yetərliyi və likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökumət strukturlarına, büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə Bankın kredit verməsi, mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə Kapital Bank-ın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir”, - deyə hesabatda qeyd olunur.
Qeyd edək ki, Kapital Bank maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2016-cı ilin uğurlu yekunlarını əks etdirib. Bankın aktivləri il ərzində 53,3% artaraq, 3,1 mlrd. manat, müştərilərə verilən kreditlər 9,1% artaraq 1,3 mlrd. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 30% artaraq 593,6 mln. manat olub. Bankın xalis mənfəəti 52,4 mln. manat, nizamnamə kapitalı 185,8 mln. manat, məcmu kapitalı 282,1 mln. manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















