Rusiyanın xarici ticarətdə rubla və dost ölkələrin valyutalarına keçməsi problem yaradıb - QITLIQ
Xarici ticarətdə rubla və dost ölkələrin valyutalarına keçid Rusiya bazarında valyuta qıtlığı yaradır.
Marja.az xəbər verir ki, bunu rusiyalı analitiklər bildirirlər.
Qeyd olunur ki, ixracda rublla ödənişlərin payı idxal üzrə ödənişlərdən daha böyükdür və daha sürətlə artır - xüsusi çəkisi iyunda 30 faizə qarşı iyulda 42 faiz təşkil edib. Mal və xidmət ticarətinin bütün profisiti rublla formalaşır, valyutada kəsir mövcuddur.
Dollar və avronun qıtlaşması bu valyutaların bahalaşmasına təkan verir.
2022-ci ildə Rusiyadan kapital axını rekord həddə - 243 milyard dollar (ÜDM-in 13 faizi), 2023-cü ilin birinci rübündə 21 milyard dollar təşkil edib. Rusiyaya birbaşa və portfel investisiyaları çərçivəsində qeyri-rezidentlərdən xarici valyuta axını yoxdur və yaxın illərdə də olmayacaq.
"Əgər bütün bu amillər olduğu kimi qalsa, o zaman yaxın aylarda rublun kəskin bahalaşmasını gözləməyə dəyməz",- analitiklər bildirilər.
Son günlər, Rusiya Mərkəzi Bankı ilin sonuna qədər daxili bazarda xarici valyuta almağı dayandırmasına, uçot dərəcəsini kəskin artmasına və ixracatçıların xarici valyutada gəlirlərinin satışının məcburi olacağı barədə xəbərlərə baxmayaraq rubl ciddi möhkəmlənməyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























