Rusiya Mərkəzi Bankı faiz dərəcəsini kəskin artırdı - RUBL BAHALAŞDI
Rusiya Bankı növbədənkənar iclasında uçot dərəcəsini illik 8,5%-dən 12%-ə qaldırdı.Rusiya Mərkəzi Bankının İdarə Heyəti 2023-cü il avqustun 15-dən əsas faiz dərəcəsini 3,50 faiz bəndi artıraraq illik 12,00%-ə çatdırmaq barədə qərar qəbul edib.
İndiyədək uçot dərəcəsi 8,5% səviyyəsində idi. Rusiya Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi ilə bağlı tendensiyalar səbəbindən iyulda uçot dərəcəsini 8,5%-ə qaldırmışdı.
Marja.az xəbər verir ki, bu qərar qiymət sabitliyi ilə bağlı riskləri məhdudlaşdırmaq məqsədilə qəbul edilib.
Rusiya Bankının proqnozuna görə, davam edən pul siyasəti nəzərə alınmaqla, illik inflyasiya 2024-cü ildə 4%-ə qayıdacaq.
Dünən Rusiyada dolların məzənnəsi 101 rublu, Avronun məzənnəsi isə 111 rublu keçmişdi. Bundan sonra Rusiya Mərkəzi Bankı avqustun 15-də uçot dərəcəsi ilə bağlı İdarə Heyətinin növbədənkənar iclasının keçirəcəyini açıqlamışdı. Təqvimə görə, növbəti iclas Sentyabrın 15-də keçiriləcəkdi.
Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 3,50 faiz bəndi artırması barədə qərarından sonra rubl dollara nisbətdə möhkəmlənib.Bakı vaxtı ilə saat 11:29-da dollar 96,1 rubl dəyərində idisə, 10:30-da məzənnə 95,5 rubla düşüb. Eyni zamanda, avronun məzənnəsi təxminən 70 qəpik geriləyərk 104,97 rubldan 104,28 rubla düşüb.
XXX
Rusiya Mərkəzi Bankının press-relizindən:
▪️ Rusiya Mərkəzi Bankının İdarə Heyəti 15 avqust 2023-cü il tarixindən etibarən uçot dərəcəsini 3,50 faiz bəndi artıraraq illik 12,00% olaraq müəyyən etməyə qərar verdi.
▪️ Belə bir qərarın məqsədi qiymət sabitliyi üçün riskləri məhdudlaşdırmaqdır.
▪️ Avqustun 7-nə illik inflyasiya 4,4%-ə çatıb.
▪️ Mövsümi təsirlər xaric son üç ayda orta illik qiymət artımı 7,6% təşkil edir.
▪️ Baza inflyasiyası 7,1%-ə yüksəlib.
▪️ Davamlı inflyasiya təzyiqi istehsalın genişləndirilməsi imkanlarını üstələyən daxili tələbin artması ilə əlaqədardır.
▪️ Bu da idxala olan tələb vasitəsilə rublun məzənnəsinin dinamikasına təsir edir və bu da öz növbəsində inflyasiya gözləntilərini gücləndirir.
▪️ Qiymət artımının cari tempi davam edərsə, 2024-cü ildə inflyasiyanı hədəfdən yuxarı çıxarmaq təhlükəsi yaradır.
▪️ Qəbul edilmiş qərar inflyasiyanın 2024-cü ildə 4%-ə qaytarılması və gələcəkdə bu səviyyədə sabitləşməsinə yönəlib.
▪️ Uçot dərəcəsi ilə bağlı sonrakı qərarlar qəbul edərkən Rusiya Mərkəzi Bankı bir sıra amilləri, o cümlədən faktiki və gözlənilən inflyasiyanın dinamikasını, iqtisadiyyatın bərpasını, daxili və xarici şəraitin dəyişməsi ilə bağlı riskləri, eləcə də maliyyə göstəricilərinin reaksiyasını nəzərə alacaq.
▪️ Proqnozlara görə, davam edən pul siyasəti ilə illik inflyasiya 2024-cü ildə 4%-ə qayıdacaq.
▪️ İdarə Heyətinin növbəti iclası 15 sentyabr 2023-cü il tarixinə təyin edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















