Dünyanın aparıcı şirkətlərinin xalis mənfəəti Çində tələbin zəifləməsi səbəbindən aşağı düşüb
2023-cü ilin aprel - iyun dövründə (2-ci rüb) Dünyanın aparıcı korporasiyalarının xalis mənfəəti, əsasən, Çindəki ləng biznes mühiti ilə əlaqədar olaraq, ötən ilin eyni dövrü ilə müqayisədə 3% azalaraq 995,7 milyard dollar təşkil edib.
Marja.az xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti Nikkei məlumat yayıb.
Mütəxəssislərinin hesablamalarına görə, müxtəlif növ ilkin xammal, kimya məhsulları istehsalçıları, elektrotexnika, nəqliyyat şirkətləri xüsusilə mənfi təsir görüblər. Çində zəif vəziyyət qalarsa, Nikkei hesab edir ki, dünyanın aparıcı korporasiyalarının gəlirləri ilin ikinci yarısında daha çox zərər çəkə bilər.
Xalis mənfəətin azalmasının qlobal iqtisadiyyatın 16 əsas sektorundan 8-də qeydə alındığı bildirilir.
"İyun ayında başa çatan rüb ərzində dünya üzrə iri şirkətlərin ümumi xalis mənfəəti azalıb, çünki ABŞ texnologiya nəhəngləri arasında güclü bərpa Çinin iqtisadi yavaşlaması ilə əlaqədar əmtəə və kimyəvi maddələr kimi sahələrdə zəifliyi tam kompensasiya edə bilmədi. QUICK-FactSet-in məlumatına görə, ABŞ, Çin, Yaponiya və Avropa da daxil olmaqla bazarlarda 11 000-ə yaxın birjada siyahıya (katirovka) alınmış şirkətin elan edilmiş və ya proqnozlaşdırılan xalis mənfəəti il ərzində 3% azalaraq 955,7 milyard dollara düşüb. Bu müəssisələr ümumi bazar kapitallaşmasının təxminən 90%-ni təşkil edirlər", -məlumatda bildirilir.
Rəsmi məlumatlara görə, Çinin 2021-ci ildə ümumi daxili məhsulun artım tempi son 10 ilin ən yüksək göstəricisi olub və 8,4%-ə çatıb. Lakin bəzi mənfi amillərin, ilk növbədə pandemiyanın təsiri ilə 2022-ci ildə 3%-ə düşüb. Eyni zamanda, bu ilin yanvar-iyun aylarında Çinin ÜDM-i ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% artıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























