Putin xarici valyutada dövlət zəmanətlərini rublla icra etməyə icazə verdi
Rusiya Prezidenti Vladimir Putin xarici valyutada dövlət zəmanətlərini rublla icra etməyə icazə verib. İmzalanan fərmana əsasən, bu, benefisiarın istəyi ilə və ya onsuz, lakin xarici valyutada dövlət zəmanətlərinin yerinə yetirilməsi mümkün olmadıqda mümkün olacaq.
Rusiya prezidenti Vladimir Putin xarici valyutada verilən dövlət zəmanətlərinin rublla icrasına icazə verib.
Marja.az xəbər verir ki, müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Bu, benefisiarın (faydalanan şəxs, borcluya tələb hüququ olan şəxs) istəyi və ya istəyi olmadan, lakin xarici valyutada dövlət zəmanətlərinin yerinə yetirilməsi mümkün olmadıqda mümkün olacaq.
"Benefisiarın tələbində ödəniş üçün tələb olunan məbləğin Rusiya Federasiyasının valyutasında göstərilməsi, benefisiarın, dövlət zəmanətinin yerinə yetirilməsinin düzgün qəbul edilməsi kimi tanınır", - sənəddə deyilir.
Benefisiar ödənilməli olan məbləği xarici valyutada göstərərsə, bu zaman, o, Mərkəzi Bankın cari məzənnəsi ilə rubla çevriləcəkdir.
Fərmana əsasən, benefisiarlar Rusiya və xarici fiziki və hüquqi şəxslər, habelə beynəlxalq təşkilatlar ola bilər. Vəsaitlər rublla açılmış hesablarına və ya yalnız Rusiya hüquqi şəxs olan üçüncü tərəfin hesabına köçürülə bilər.
Sənəddə vurğulanır ki, “Rusiya Federasiyasının dövlət zəmanəti altında olan öhdəliklərinin fərmanına uyğun olaraq yerinə yetirilməsi - Rusiya Federasiyasının bu cür öhdəliklərinin lazımi şəkildə yerinə yetirilməsi kimi tanınır”.
Fərmanla Mərkəzi Banka və Maliyyə Nazirliyinə rəsmi açıqlamalar vermək hüququ verilir. Fərman dərc edildiyi gündən qüvvəyə minir, eyni zamanda onun qüvvəsi əvvəllər verilmiş dövlət zəmanətlərinə də şamil edilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 d. əvvəl
-
2 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
3 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
4 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
6 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
6 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
6 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
