“Qırmızı Körpü”də KOB dostu fəaliyyətə başlayıb

Qazax rayonunda iki KOB dostu fəaliyyətə başlayıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaydığı məlumatda bildirilir ki, Azərbaycanın “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində və Qazax Gənclər Evində fəaliyyət göstərəcək KOB dostları sahibkarlara idxal-ixrac əməliyyatları və gömrük prosedurları ilə bağlı informasiya, məsləhət və hüquqi yardım, rayonda biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə dəstək göstərəcək.
Qazax rayonunda sahibkarlıq fəaliyyətinin qurulmasına və inkişafına dəstək məqsədilə 2 KOB dostu fəaliyyətə başlayıb. KOB dostları Azərbaycan Respublikasının “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində və Qazax Gənclər Evində fəaliyyət göstərəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən KOB dostunun xidmət pəncərəsi ilə tanış olublar.
Məlumat verilib ki, mikro, kiçik və orta sahibkarlar gömrük xidmətlərindən istifadə edən zaman “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən KOB dostuna müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları ilə bağlı informasiya, məsləhət, hüquqi yardım kimi xidmətlərdən istifadə edə biləcəklər. KOB dostunun “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyəti həmçinin, KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək. Qeyd edək ki, bu, Dövlət Gömrük Komitəsinin xidməti ərazisində Bakı şəhərindən sonra KOB dostunun sayca 2-ci xidmət pəncərəsidir. Bundan əvvəl 2019-cu ildə Bakı Baş Gömrük İdarəsində KOB dostunun xidmət pəncərəsi fəaliyyətə başlayıb.
Sonra Qazax-Tovuz iqtisadi rayonunda KOBİA və Qazax Rayon İcra Hakmiyyətinin təşkilatçılığı, bölgədə fəaliyyət göstərən dövlət qurumlarının iştirakı ilə sahibkarlarla görüş keçirilib. Görüş çərçivəsində Qazax rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Qazax Gənclər Evində fəaliyyət göstərəcək KOB dostu ofisi bölgədə sayca 6-cı ofisdir. Qazaxla yanaşı, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuzda da KOB dostu ofisləri fəaliyyət göstərir. Ümumilikdə isə, Qazax rayonu da daxil olmaqla KOB dostu ofisləri ölkənin 45 şəhər və rayonunu əhatə edir. KOBİA sədri Agentliyin fəaliyyəti və KOB dostunun işi barədə sahibkarlara ətraflı məlumat verib. Bildirilib ki, KOB dostu Qazaxda biznesə başlamaq istəyən potensial sahibkarlara və mövcud bizneslərə dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında KOB dostlarının bölgədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında, eləcə də “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən istifadə edən sahibkarlara dəstək olacağını bildirib.
Tədbirdə KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tədbir iştirakçıları Qazax Gənclər Evində yerləşən KOB dostu ofisində sahibkarlar üçün yaradılmış şəraitlə də tanış olublar.
Qazax rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri plastik yeşiklərin istehsalı, plastik tullantıların emalı və istixana təsərrüfatından ibarət müəssisənin, eləcə də elektronika və məişət avadanlıqlarının satışı mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Müştərilərin xəbərləri

“Sadəcə ad dəyişmədik, biz loyallıq anlayışını yenidən yazdıq” – Fərid İslamovla “Bir Bonus” haqqında müsahibə
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
-
- 3 gün sonra
- 34 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sabah "BİRKART BOKT"ın 2 milyon manatlıq istiqrazları yerləşdiriləcək
-
1 saat əvvəl
FMG şəhid və qazi övladlarını sevindirib, məktəb ləvazimatları hədiyyə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycanda illik inflyasiya daha da yavaşlayıb


Bank BTB-də “Qızıl Payız” kampaniyası

Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb

“AzInTelecom”dan şəhid övladlarına dəstək
Ən çox oxunanlar

Cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 milyard dolları müsbət saldo qeydə alınıb

Mərkəzi Bank faizlərini dəyişməz saxladı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir

Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub

Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib
