Dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər - GÜNƏ BAXIŞ
Kredit reytinq agentliyi “Moody's” ABŞ-ın bir neçə kiçik və orta bankının kredit reytinqini aşağı salması fonunda fond birjalarında yeni bir satış dalğası müşahidə edildi.
“Moody's” 10 ABŞ bankının reytinqini bir pillə aşağı salıb. Əlavə olaraq isə “Bank of New York Mellon”, “US Bancorp”, “State Street” və “Truist Financial” da daxil olmaqla 6 bankın reytinqini mümkün azalmalara görə yoxlamalara başlayıb.
“Fitch”-in keçən həftə ABŞ-ın kredit reytinqini aşağı salmasından sonra “Moody's”-in bəzi banklara verdiyi xəbərdarlığın investorlara ehtiyatlı olmaq üçün əlavə səbəb verdiyini deyən analitiklər, ABŞ-da bank sektorunun sağlamlığı ilə bağlı narahatlıqların da artdığını bildiriblər.
Reytinqin aşağı salınmasından sonra ABŞ-ın ən böyük banklarından olan “Goldman Sachs” və “Bank of America”-nın səhmləri 2%, “JPMorgan Chase”-in səhmləri isə təxminən 1% ucuzlaşıb.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin açıqlamalarına gəldikdə, Filadelfiya FED sədri Patrik Harker, sərt monetar siyasətdə çox uzağa getmək istəmədiklərini, yəqin ki, gələn il faizləri endirməyə başlayacaqlarını bildirib.
Makroiqtisadi məlumatlar tərəfində isə ABŞ-da xarici ticarət kəsiri iyunda aylıq müqayisədə 4.1% azalaraq 65.5 milyard dollara düşüb. Bu dövrdə qlobal tələbin zəifləməsi səbəbiylə ölkənin ixracatı 2022-ci ilin mart ayından bu yana ən aşağı səviyyəyə düşüb. İdxal isə davam edən yüksək inflyasiya və daxili tələbata təsir edən faiz dərəcələrinin artması səbəbindən 2021-ci ilin noyabr ayından bu yana ən aşağı həddə kimi geriləyib.
ABŞ-da topdansatış ehtiyatları iyunda gözləniləndən çox 0.5% azalıb, topdan satış dövriyyəsinin həcmi isə 0.7% geriləyərək 643.3 milyard dollar olub.
Nyu-York FED-in hazırladığı Ev Təsərrüfatlarının Borc və Kredit Hesabatına görə, ölkədə ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0.1% artaraq 17.06 trilyon dollara çatıb. Kredit kartı borcu isə bu ilin ikinci rübündə 45 milyard dollar artaraq 1.03 trilyon dollar təşkil edib və ilk dəfə olaraq 1 trilyon dolları keçib.
Qeyd edək ki, hazırda 102.50 bənd hədlərində dalğalanan DXY-da “Buğalar” qiyməti bu 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər. “Ayılar”ın güclü olduğu bir ssenaridə isə 100.00 bənd səviyyəsi olduqca önəmli psixoloji dəstək həddi olaraq aktuallığını qoruyur.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
2 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
























