“AS İstehsal” MMC Ağdam Sənaye Parkının rezidenti statusunu qazandı
“AS İstehsal” MMC Ağdam Sənaye Parkında həcmi 5.4 milyon manat olan inşaat materialları istehsalı kompleksi yaradacaq.
Şirkətdən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, qurulacaq tikinti materialları istehsalı kompleksində əmtəə betonu, dəmir-beton məhsulları, səki, döşəmə daşları, hörgü divar blokları və istilik izolyasiya blokları istehsal ediləcək. Qeyd etmək lazımdır ki, kompleksdə istehsalı nəzərdə tutulan istilik izolyasiya blokları yüksək istilikötürmə müqavimətinə malik olduğundan bu materialların tətbiqi istilik enerjisindən minimum istifadəni təmin etməklə binaların enerji effektivliyini artıracaq. Həmçinin, kompleksdə yüksək keyfiyyətli cihazlarla təchiz edilmiş beton laboratoriyası da fəaliyyət göstərəcək. İstehsal kompleksində əmtəə betonunun və digər istehsal olunan tikinti materiallarının emalı və daşınması üçün xüsusi texnikalardan ibarət parkın fəaliyyəti də nəzərdə tutulub.
Gözlənilir ki, layihə bölgənin sosial-iqtisadi inkişafında və bərpa-quruculuq işlərinin sürətli və keyfiyyətli şəkildə həyata keçirilməsində müstəsna rol oynayacaq.
Qeyd edək ki, “AS Group Investment” şirkətlər birliyinə daxil olan “AS İstehsal” MMC uzun illərdir keyfiyyətli əmtəə betonu, dəmir-beton məhsulları, səki və döşəmə daşları, habelə divar blokları istehsal edərək Azərbaycanın tikinti materialları bazarında özünə layiqli yeri tutan şirkətlərdəndir. Şirkətin istehsal etdiyi materiallar bir çox dövlət və kommersiya layihələrində istifadə edilmişdir.
“AS İstehsal” MMC haqqında daha ətraflı məlumat almaq üçün www.asistehsal.az saytına daxil ola bilərsiz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




