6 aylıq gəliri 98,4 milyard avroya çatıb
14 markaya sahib olan avtomobil istehsalçısı Stellantis 2023-cü ilin ilk yarısı üçün maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, ilin ilk yarısında yeni rekordlarla güclü böyümə tendensiyasını davam etdirən Stellantis, xalis gəlirini 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıraraq 98,4 milyard avroya çatdırıb.
Şirkətin artan satış göstəriciləri də mənfəətinə əhəmiyyətli dərəcədə təsir edib. Müvafiq olaraq, Stellantis 2022-ci ilin birinci yarısı ilə müqayisədə xalis mənfəətini 37 faiz artıraraq 10,9 milyard avroya çatdırıb.
Şirkətin bu rekord nəticələri "Net 0 karbon" transformasiyasını idarə etmək üçün davamlı strateji investisiyalara imkan verir.
Stellantis-in elektrik mobilliyinə yatırdığı böyük sərmayə öz bəhrəsini verməkdə davam edir. Bu çərçivədə Stellantis qlobal BEV (batareyalı elektrikli vasitə) və LEV (aşağı emissiyalı vasitə) satışlarını illik 24 faiz artımla 169 min ədədə və 28 faiz artımla 315.000 ədədə yüksəltməyi bacarıb.
Qeyd edək ki, Abarth, Alfa Romeo, Chrysler, Citroen,Dodge, DS, Fiat, Jeep, Lancia, Maserati, Opel, Peugeot, Ram və Vauxhall brendləri Stellantis şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
26 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
28 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 40 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























