Türkiyə Mərkəzi Bankının inflyasiya proqnozunda kəskin artım
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının yeni sədri Hafize Gaye Erkan ictimaiyyət qarşısında ilk inflyasiya hesabatını təqdim edib. Erkan, TCMB-nin 2023-cü il üçün il sonu inflyasiya proqnozunu 22,3 faizdən 58 faizə qaldırdığını bildirib. Erkan deyib ki, TCMB-nin əsas məqsədi qiymət sabitliyidir.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) yeni sədri Hafize Gaye Erkan ilk inflyasiya hesabatı təqdimatında bankın il sonu inflyasiya proqnozlarında kəskin yüksəliş dəyişikliyi (reviziyası) etdiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Erkan, əvvəlki İnflyasiya Hesabatında 22,3% olan 2023-cü il üçün inflyasiya proqnozunun 58%-ə yüksəldildiyini açıqlayıb.
Erkan bildirib ki, pul siyasəti və faizin artırılması tədbirlərinin əsas inflyasiya trendinə müsbət təsirləri 2024-cü ilin ikinci rübündə müşahidə edilməyə başlayacaq.
TCMB sədri inflyasiyanın zirvəsinin 2024-cü ilin ikinci rübündə 60% ətrafında olacağını gözlədiklərini bildirib.
TCMB, Erkanın sədrliyi ilə keçirdiyi iki iclasda faizini 9 faiz bəndi artıraraq 17,50 faizə çatdırıb. Bank faizin artırılması prosesinin mərhələli olacağını vurğulayıb.
Seçkilərdən sonra məzənnə, vergi və maaş artımları ölkədə qiymətlərin yüksəlməsinə səbəb olur.
Daha əvvəl 5% olaraq açıqlanan 2025-ci ilin sonu üçün inflyasiya proqnozu 15%-ə qaldırılıb.
Beləliklə, hesabata görə, TCMB 5 faizlik inflyasiya hədəfinə qayıtmağın mümkün olmayacağını təxmin edir.
TCMB məzənnənin inflyasiyaya təsirini hesablayıb
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ilin üçüncü inflyasiya hesabatında inflyasiya dinamikası ilə bağlı ətraflı təhlillərə yer verib. Hesabatda məzənnədə 10 faiz artımın istehlak qiymətlərinə təsirinin bir il ərzində 2,5 faiz bəndi civarında olduğu qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 d. əvvəl
-
- 14 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda Qərb Sənaye Parkı yaradıldı - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı



















