“AFB Bank” ilə “MİDA” MMC əməkdaşlıq müqaviləsi imzaladı
(®) Güzəştli şərtlərlə mənzil sahibi olmaq istəyən vətəndaşlar artıq bu prosesi “AFB Bank”a həvalə edə bilər.
Belə ki, 25 iyul tarixində imzalanan müqaviləsi ilə “AFB Bank” da Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC ilə əməkdaşlıq edən banklar siyahısına daxil olub.
Bu müqavilə “Güzəştli mənzil” sistemində qeydiyyatda olan şəxslərə “AFB Bank” vasitəsilə mənzil üçün ipoteka kreditindən faydalanmaq imkanı yaradır. Qeyd edək ki, güzəştli ipoteka kreditləri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilir, “AFB Bank” isə bu prosesi daha rahat və şəffaf şəkildə idarə edərək vətəndaşlara mənzil sahibi olmaqda öz dəstəyini göstərir.
Məlumat üçün bildirək ki, ölkənin daima inkişaf edən banklarından olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.
Ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
13 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
18 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















