"Bank BTB"nin əməliyyat mənfəəti 12 dəfədən çox artıb
"Bank BTB" 2023-cü ilin birinci yarısını xalis mənfəət ilə başa vurub"Bank BTB" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 309 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 274 min manat xalis zərər ilə bağlamışdı. Bu il "Bank BTB"nin xalis mənfəəti faiz gəlirlərinin artmasından və xərclərinin azalmasından qaynaqlanır.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Bank BTB"nin faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 9,8% artaraq 14 milyon 670 min manat, qeyri-faiz gəlirləri isə 19,1% azalaraq 2 milyon 186 manat təşkil edib.
2023-cü ilin birinci yarısında "Bank BTB" nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 856 manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 951 manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 905 min manat təşkil edib. Həmçinin, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olan 2 milyon 252 min manat mənfəətə əlavə edilib, nəticədə vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət 3 milyon 157 min manat təşkil edib. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklər üzrə 2 milyon 848 min manat xərc mənfəətin 309 min manata düşməsinə səbəb olub.
Qeyd edək ki, 2022-ci ilin ilin birinci yarısında "Bank BTB" nin cəmi əməliyyat gəlirləri 16 milyon 59 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 985 min manat, əməliyyat mənfəəti 74 min manat təşkil etmişdi. Bu il Bankın əməliyyat mənfəəti 12 dəfədən çox artıb. Bunun səbəbi Bankın əməliyyat gəlirlərinin artmasına qarşılıq əməliyyat xərclərinin azalmasıdır.
2022-ci ilin ilin birinci yarısında "Bank BTB" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 274 min manat ayırdığından həmin dövrü zərər ilə bağlamışdı.
BANK BÖYÜYÜB
"Bank BTB"nin cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7,6% artaraq 30 iyun 2023-cü il tarixində 381 milyon 214 min manat təşkil edib. Bankın xalis kredit portfeli (müştərilərə verilmiş kreditlər) 10% artaraq 262 milyon 149 min manata çatıb.
BANKDA MÜŞTƏRİLƏRİN DEPOZİTLƏRİ ARTIB
2023-cü ilin birinci yarısında ötən ilin sonu ilə müqayisədə "Bank BTB"də müştərilərin tələbli depozitləri 4 milyon 27 min manat artaraq 15 milyon 883 min manata, müştərilərin müddətli depozitləri isə 4 milyon 662 min manat artaraq 132 milyon 765 min manata yüksəlib.
30 İyun 2023-cü il tarixində "Bank BTB" 54 milyon 56 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
1 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
2 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
3 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
3 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Ən çox oxunanlar
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti






.jpg)
.jpg)










.jpg)




