“SAB” ölkənin aparıcı distributor şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladı
“SAB” brendi ilə tanınan “Zəhmət-Ruzi” MMC ilə ölkənin aparıcı distributor şirkətlərindən biri olan “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, “SAB” Süd məhsullarının satışının həyata keçirilməsi “ŞAM-Fİ” şirkətinə həvalə olunmuşdur.1998-cı ildə yarandığı gündən bəri öz keyfiyyətli məhsulları ilə seçilən, o cümlədən Azərbaycanın ilk halal kolbasa və süd məhsulları istehsalçılarından biri olan “SAB” brendi (“Zəhmət-Ruzi” MMC) artıq 25 ildir ki, qida sektorunda öz aparıcı mövqeyini qoruyur. Yarandığı gündən ekoloji təmiz və halal xammaldan istifadə etməklə, habelə istehsal etdiyi məhsul çeşidləri ilə milyonlarla insanın əvəzolunmaz brendinə çevrilmişdir.
Bu, “Zəhmət-Ruzi” MMC-nin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, “SAB”-ın uğurlu brend olmağının ən mühüm meyarı fəaliyyətlərinin davamı olaraq yeni sahələrdə marka kimliyini eyni ardıcıllıqla daşımaq və markanın ortaq imicini çoxşaxəli məhsullara əks etdirməkdir.
"Bildiyiniz kimi, ət məhsulları ilə bazara daxil olan “SAB”, zamanla qida sənayesinin müxtəlif sahələrində də iri addımlar atmışdır. Belə ki, fəaliyyətdə olduğu ötən illər ərzində ət məhsulları ilə yanaşı eyni zamanda süd məhsulları istehsalçısı olaraq ölkə bazarında dadına, keyfiyyətinə, habelə çeşidlərinə görə birincilikdə yer alıb.
Ölkənin aparıcı istehsalçılarından biri kimi Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) proqramının tələblərinə tam uyğun məhsulları ilə tanınmış “SAB” brendinin keyfiyyətli və təbii xammaldan istifadə edərək hazırladığı süd məhsulları artıq süfrələrinizin bəzəyinə çevriləcək. Sağlam və yüksək keyfiyyətli təbii süddən hazırlanmış kərə yağı, qədim və ənənəvi üsullarla hazırlanmış Gəncə və İrəvan dovğası, o cümlədən müxtəlif bölgələrə məxsus çoxçeşidli qatıq, şor, kəsmik, pendir çeşidləri, və ayran məhsullarını ölkə əhalisinə artıq yenidən təqdim edir.
Bu məqsədlə, “SAB” brendi ilə tanınan “Zəhmət-Ruzi” MMC ilə ölkənin aparıcı distributor şirkətlərindən biri olan “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, “SAB” Süd məhsullarının satışının həyata keçirilməsi “ŞAM-Fİ” şirkətinə həvalə olunmuşdur. Qeyd edək ki, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC 2004-cü ildən fəaliyyət göstərir. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkət qısa zamanda inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir. Qeyd edək ki, Rusiya, Ukrayna, Almaniya, Hollandiya, Fransa, İtaliya, Belçika, Misir və Türkiyə kimi ölkələrin 60-dan çox məşhur brendlərinin Respublikamızın bütün bölgələrində satışını təşkil edən, o cümlədən Azərbaycanda qabaqcıl distributor şirkətləri sırasında ilk beşlikdə yer alan Şirkət, süd və süd məhsullarının, meyvə suyu, duru yağ, makaron, şirniyyat, paketlənmiş quru meyvələr, dərmanlar, konservləşdirilmiş qidalar, ofis ləvazimatları, kosmetika və təmizlik məhsulları kimi bir çox məhsul çeşidlərinin ölkəmizdəki rəsmi distributorudur. Qida sferasında 20 ilə yaxın satış təcrübəsinə malik, təchizat zəncirinin idarəedilməsi, məhsulların daşınması və paylanılması üzrə, habelə 120-dən çox beynəlxalq standartlara cavab verən irihəcmli avtomobillərə sahib olan “ŞAM-Fİ” şirkəti ilə əməkdaşlıq nəticəsində “SAB” öz məhsullarının bütün ölkə üzrə əlçatanlığına nail oldu. Sözügedən əməkdaşlıq “SAB” ailəsinin və dəyərlərinin daha da böyüməsinə böyük töhvə vermiş oldu.
Ləziz dadı ilə seçilən ət və süd məhsulları bütün ailə üzvlərini bir araya toplayan “SAB”, sağlam məhsullar ilə hər zaman süfrələrinizi bəzəyəcək.
Övladlarınızın sağlam qidanlanması, sağlam gələcək deməkdir",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
-
31 d. əvvəl
5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
-
45 d. əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
-
1 saat əvvəl
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dünyanın ən dəyərli markaları
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib
Ən çox oxunanlar
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
20 Yanvar faciəsindən 36 il ötür
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi

























