Biznes sahibləri Unibankdan dəqiqələr ərzində və girovsuz kredit götürə bilər
(®) Unibank, biznes sahiblərinə istədikləri vaxt maliyyə vəsaiti əldə etmələri üçün çox sərfəli şərtlərlə overdraft kreditləri təklif edir. Sahibkarlar təcili pul lazım olan anda özlərinə sərf edən, qısa müddətli biznes kreditlərindən birini seçib, müraciət edə bilərlər.
Müşahidələr göstərir ki, “Unibank”ın overdraft kreditləri öz sərfəli şərtlərinə görə, sahibkarların tez-tez müraciət etdiyi məhsullar içərisindədir. Biznes sahibi istənilən vaxt 150 000 AZN-dək qısa müddətli krediti banka gəlmədən, girovsuz və cəmi 15 dəqiqəyə götürə bilir. Overdraft kreditini birinici dəfə götürən sahibkarlar komissiya haqqı ödəməkdən azaddır.
Elə indi sifariş edib (https://online.unibank.az/corporate/ ), faydalana bilərsiniz!
Qeyd edək ki, overdraft kreditlər biznes sahiblərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir. Bu kreditlərin məhsulun şərtlərindən asılı olaraq, banka faizsiz qaytarılması imkanı da mövcuddur.
“Unibank”dan overdraft krediti götürməyin digər üstünlüyü də biznes sahibinin bu vəsaiti banka gəlmədən, dəqiqələr ərzində, birbaşa hesabından əldə etməsidir. Azərbaycanda ilk dəfə olaraq korporativ müştərilərinə onlayn kredit xidmətləri təqdim edən Unibank, biznes sahiblərinin cəmi 15 dəqiqə ərzində lazım olan vəsaiti əldə etməsinə imkan yaradıb.
Hazırda Unibankın biznes sahibləri üçün “Yay kampaniyası” da davam edir. Kampaniya müddətində bankda avqustun sonunadək onlayn hesab açan, əmək haqqı layihəsinə qoşulan və kartları onlayn sifariş edən biznes sahibləri üçün biznes kartları və əmək haqqı kartları pulsuzdur. Üstəlik hesab açılan tarixdən başlayaraq 3 ay ərzində kartlarla bərabər, əmək haqqı təyinatlı köçürmələr üzrə xidmət haqqı da 0% komissiyalı olacaq.
“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Unibank- Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 25 d. əvvəl
-
- 45 d. əvvəl
- 48 d. əvvəl
-
53 d. əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib




















