ABŞ-ın strateji neft ehtiyatı 1983-cü ilin avqustundan bəri ən aşağı səviyyədə qalır
ABŞ-da iyulun 14-dək olan həftə ərzində strateji neft ehtiyatı cəmi 1000 barel artaraq 346,759 milyon barrel təşkil edib.
Marja xəbər verir ki, strateji ehtiyatın 345,689 milyon barel neft olduğu 1983-cü il avqustun 19-da başa çatan həftədən bəri göstərici minimum səviyyədə qalır.
ABŞ-ın Strateji Neft Ehtiyatı 2021-ci ilin sentyabrından cari ilin əvvəlinə qədər davamlı olaraq azalıb. Bu ilin yanvar-mart ayları arasında göstərici dəyişməyib, sonra yenidən enməyə başlayıb.
Keçən il ABŞ prezidenti Co Bayden daxili benzinin qiymətlərini aşağı salmaq üçün strateji ehtiyatdan ümumilikdə 180 milyon barel neft buraxdığını elan edib və ehtiyatı təcili ehtiyac olmadan azaltdığına görə siyasi opponentləri tərəfindən tənqid olunub.
Bu il mayın 16-na keçən gecə ABŞ Energetika Nazirliyi ölkənin strateji ehtiyatını artırmaq üçün 3 milyon barrelə qədər neft alacağını açıqlamışdı. Qeyd edilib ki, agentlik nefti “2022-ci ildə satışın orta dəyərindən aşağı qiymətə” almaq niyyətindədir.
Daha sonra, iyunun 13-də Bloomberg agentliyi mənbələrə istinadən məlumat verdi ki, ABŞ ümumilikdə 2023-cü ildə strateji ehtiyat üçün təxminən 12 milyon barel almaq niyyətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























