Teslanın gəliri və xalis mənfəəti artıb
Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın gəliri bu ilin ikinci rübündə illik müqayisədə 47 faiz, xalis mənfəəti isə 20 faiz artıb.Tesla bu ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, müvafiq olaraq, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 47% artaraq 24,9 milyard dollar təşkil edib. Tesla 2022-ci ilin ikinci rübündə 16,9 milyard dollar gəlir əldə etmişdi.
Elektrik avtomobil istehsalçısının xalis mənfəəti də ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 2,7 milyard dollara çatıb. Keçən ilin eyni dövründə Tesla-nın xalis mənfəəti 2,3 milyard dollar olmuşdu.
Şirkətin səhmbaşına mənffəti 2022-ci ilin ikinci rübündəki 76 sentdən bu ilin eyni dövründə 91 sentə yüksəlib.
İlin birinci rübündə 19,3% olan Teslanın ümumi mənfəət marjası, şirkətin qiymət endirimləri yolu ilə satışları artırmaq səyləri nəticəsində ilin ikinci rübündə 18,2 faizə düşüb.
Tesla 2023-cü ilin ikinci rübündə dünya üzrə 479 min 700 avtomobil istehsal etdiyi halda, 466 min 140 ədəd avtomobil tədarük edib.
Bu dövrdə şirkətin avtomobil istehsalı illik müqayisədə 86%, təslim edilən avtomobillərin sayı isə 83% artıb.
Tesla-dan verilən açıqlamada ilin ikinci rübünün şirkət üçün bir çox göstəricilərdə "rekord" rüb olduğu qeyd edilib.
“Hazırda yaşadığımız makroiqtisadi mühiti nəzərə alaraq, belə nəticələr əldə edə bildiyimizdən həyəcanlıyıq”, - açıqlamada deyilir.
"Bu qeyri-müəyyən zamanların çətinlikləri bitməyib, lakin biz inanırıq ki, müxtəlif yüksək potensiallı layihələr vasitəsilə biznesin uzunmüddətli uğuru üçün düzgün inqrediyentlərimiz var".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







