Azərbaycanın iri bankının xalis mənfəəti 3 dəfədən çox artıb
Azərbaycanda fəaliyyət göstərən ən böyük 5 bankdan biri olan "Xalq Bank" 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 37 milyon 914 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 11 milyon 828 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Bank"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 3,2 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2023-cü ilin birinci yarısında "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 86 milyon 570 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 48 milyon 601 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 37 milyon 969 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri 60 milyon 573 min manat, cəmi əməliyyat xərcləri 39 milyon 911 min manat, əməliyyat mənfəəti 20 milyon 662 min manat təşkil etmişdi.
2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "Xalq Bank"ın faiz gəlirləri 43,3% artaraq 73 milyon 134 min manata, qeyri-faiz gəlirləri isə 41% aratraq 13 milyon 435 min manata yüksəlib. "Xalq Bank"ın qiymətli kağızlar üzrə faiz gəlirləri, digər banklardakı depozitlər üzrə faiz gəlirləri kəskin artıb.
BANK BÖYÜYÜB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk 6 ayı ərzində "Xalq Bank"ın cəmi aktivləri 186 milyon 237 min manat və ya 6,9% artaraq 30 İyun 2023-cü il tarixində 2 milyard 871 milyon 307 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 23 milyon 468 min manat artaraq 1 milyard 764 milyon 102 min manata yüksəlib.
QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYANI 2 DƏFƏDƏN ÇOX ARTIRIB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk 6 ayı ərzində "Xalq Bank" qiymətli kağızlara investisiyaları 2 dəfədən çox artıraraq 395 milyon 652 min manata çatdırıb.
DEPOZİT PORTFELİ 2 MİLYARD MANATI KEÇİB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk 6 ayı ərzində "Xalq Bank"da depozitlər isə 198 milyon 891 min manat və ya 9,7% artaraq 2 milyard 54 milyon 149 min manata qalxıb.
MƏCMU KAPİTALI DA ARTIB
30 İyun 2023-cü il tarixində "Xalq Bank" 437 milyon 942 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 427 milyon 58 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 20 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
3 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
3 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb




















