Azərbaycanın və Özbəkistanın geyim assosiasiyaları Memorandum imzalayıb
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ilə Özbəkistanın Tekstil və Tikiş Sənayesi Müəssisələri Assosiasiyası (Uztekstilprom) arasında əməkdaşlıq haqqında Memorandum imzalandı.
“AFRA” İdarə Heyətinin sədri Fərid Novruzi “Uztekstilprom” sədrinin birinci müavini Mirmuhsin Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər arasında keçirilən görüşün əsas məqsədi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının xarici əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də, ölkəmizə idxal olunan geyim mallarının qiymət siyasətinin yumşaldılması üçün yolların araşdırılmasından ibarətdir.
Özbəkistan nümayəndə heyəti “AFRA” üzvlərinə öz ərazisində istehsal sahələrinin müştərək istifadəsi imkanlarını nəzərdən keçirməyi təklif edib.
Görüşün sonunda “AFRA” idarə heyətinin sədri Fərid Novruzi və “Uztekstilprom” sədrinin birinci müavini Mirmuhsin Sultanov əməkdaşlıq haqqında Memorandum imzaladılar. Memorandum iki təşkilat arasında məlumat mübadiləsi, tekstil sənayesi sahəsində əməkdaşlıq, qarçılıqlı investisiya imkanlarının araşdırılması maddələrini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?



























