Azərbaycana Çindən, Türkmənistandan və Hindistandan gələnlər kəskin artıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 181 ölkəsindən 918,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumat görə, gələnlərin 32,9 faizi Rusiya Federasiyası, 19,2 faizi Türkiyə, 7,7 faizi İran, 5,2 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,3 faiz olmaqla Pakistan və Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla Belarus və Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 12,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,2 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,1 dəfə, Belarusdan - 2,3 dəfə, Özbəkistandan - 2,2 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,9 dəfə, İsraildən - 1,6 dəfə, ABŞ-dan - 44,2 faiz, Küveytdən - 37,2 faiz, Gürcüstandan - 35,5 faiz, Böyük Britaniyadan - 34,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 22,7 faiz, Pakistandan - 16,1 faiz, Türkiyədən - 15,9 faiz artmış, Səudiyyə Ərəbistanından gələnlərin sayı 23,6 faiz, İrandan - 14,9 faiz, Omandan - 9,9 faiz, Ukraynadan - 6,2 faiz azalmışdır.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,0 faiz artaraq 46,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalaraq 134,2 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,3 faiz artaraq 791,7 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 34,5 faiz artmış, İrana gedənlərin sayı 31,0 faiz, Türkiyəyə gedənlərin sayı 1,9 faiz azalmışdır. Ölkə vətəndaşlarının 40,2 faizi Türkiyəyə, 23,9 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 18,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,3 faizini kişilər, 31,7 faizini qadınlar təşkil etmişdir.
2023-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,3 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
42 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
47 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















