Azərbaycanda elektrik enerjisi istehsalı 2,8 faiz artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən ölkə üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 381,2 mln. kVt·st, yəni 2,8% artaraq 13 907,9 mln. kVt·st olub.
Altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 12 826,1 mln. kVt·st, SES-lərdə 891,0 mln. kVt·st, digər mənbələr üzrə isə 190,8 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 31,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 32,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 126,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 472,4 mln. kVt·st (İES-lərdə 11 644,3 mln. kVt·st, SES-lərdə 828,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 218,6 mln. kVt·st (İES-lərdə 133,5 mln. kVt·st, SES-lərdə 55,7 mln. kVt·st, Günəş ES-də 29,4 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 24,4 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1192,5 mln. kVt·st təşkil edib.
2023-cü ilin birinci yarımili üzrə elektrik enerjisinin ixracı 1265,2 mln. kVt·st, idxalı isə 137,5 mln. kVt·st olub.
Qeyd edək ki, cari ilin iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2021,4 mln. kVt·st olub. İyun ayında elektrik enerjisinin idxalı 87,2 mln. kVt·st, ixrac isə 11,6 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























