Azərbaycan startapı Özbəkistan bazarına daxil olub
Azərbaycanın aparıcı idman aqreqatoru “Push30” Özbəkistan bazarına da daxil olub.
Marja xəbər verir ki, bu startap cari ilin 1 may tarixindən Özbəkistanın paytaxtı Daşkənd şəhərində də fəaliyyətə başlayıb.
2019-cu ildə təsis edilmiş “Push30” pandemiya səbəbindən yalnız 2021-ci ildən aktiv fəaliyyətə başlayıb. Bu illər ərzində “Push30” özünü Azərbaycanda idman sahəsinin əsas oyunçusu kimi təsdiqləyib. Şirkətin şəbəkəsinə 200-dən çox idman mərkəzi və 18 000 istifadəçi daxildir. “Push30”, həmçinin yerli və dünyaca məşhur brendlər də daxil olmaqla 2000-dən çox şirkətlə əməkdaşlıq müqaviləsi imzalayıb.
“Push30”, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 2022-ci ildə keçirilmiş “Star Venture” qrant proqramı çərçivəsində qalib seçilərək 50 000 Avro dəyərində mükafat və sertifikat ilə təltif olunub.
Şirkətin ekspansiyası üçün Özbəkistandakı tərəfdaşlar artıq 500 min Dollar məbləğində investisiya ayırıb. Daşkəndin 50 aparıcı idman mərkəzi ilə müqavilələr imzalanıb və yaxın gələcəkdə daha çox mərkəzlərlə əməkdaşlıq əlaqələrinin qurulması, eləcə də digər ölkələrə də fəaliyyətin genişləndirilməsi planlaşdırılır.
“Startapımızın Özbəkistanda fəaliyyətə başlamasından məmnunuq. Komandamız “Push30”un Azərbaycanda aparıcı idman aqreqatoruna çevrilməsi üçün çox çalışıb və xidmətlərimizi yeni bazara çıxarmağa hazırıq. İdman və sağlam həyat tərzini təbliğ etmək üçün Özbəkistandakı tərəfdaşlarımızla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, - deyə “Push30”un Baş direktoru Adil Qasımov bildirib.
“Push30”un yaxın gələcək üçün planı Türkiyə, Gürcüstan, Qazaxstan, Yaxın Şərq və Hindistana ekspansiya edərək sağlam həyat tərzinin inkişafına dəstək verən böyük bir şəbəkəyə çevrilməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
3 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
23 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 23 saat əvvəl
-
23 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















