Azərbaycan sahibkarları və startapları “Bilişim Vadisi Bakı”nın imkanlarından istifadə edə biləcəklər
KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək. KOBİA və Türkiyənin Bilişim Vadisi arasında imzalanmış Niyyət Protokolunda İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin və startapların Türkiyənin Bilişim Vadisinin və onun Bakıdakı filialının imkanlarından istifadə etməsi, “Bilişim Vadisi Bakı” ilə birgə sahibkarlıq sahəsində tədbirlərin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb.Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri və startapları Bilişim Vadisinin Türkiyədəki filiallarının və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən “Bilişim Vadisi Bakı” filialının imkanlarından istifadə edə biləcəklər.
Bununla bağlı iyulun 10-da “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, sənəddə İKT sahəsində yerli müəssisələrin və startapların “Bilişim Vadisi Bakı”nın imkanlarından istifadə etməsi, Türkiyənin Bilişim Vadisi tərəfindən təşkil edilən proqramlar və digər tədbirlərdə Azərbaycanda fəaliyyət göstərən yerli müəssisələrin iştirakına şərait yaratmaqla onların inkişafına töhfə vermək, “Bilişim Vadisi Bakı” ilə birgə sahibkarlıq sahəsində birgə tədbirlərin həyata keçirilməsi, təlim, konfrans və digər tədbirlərin təşkili, təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb. Niyyət Protokolunda həmçinin, “Bilişim Vadisi Bakı”nın iştirakçısı olacaq şirkətlərin "Startap" şəhadətnaməsi və qrant dəstəyindən yararlanması, KOBİA-nın dəstəyi ilə keçirilən sərgilərdə iştirakına dəstək göstərilməsi də nəzərdə tutulur.
Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu arasında görüş keçirilib. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin də iştirak etdiyi görüşdə tərəflər arasında imzalanmış sənəddən irəli gələn məsələlər, əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin, Türkiyənin Bilişim Vadisinin nümayəndələri “Bakı KOB evi”ndə fəaliyyət göstərən Startap Mərkəzində yaradılmış imkanlarla tanış olublar.
Qeyd edək ki, Türkiyənin Bilişim Vadisi texnologiyalar, kibertəhlükəsizlik, proqram təminatı, dizayn, oyunlar və ağıllı şəhərlərə yönəlmiş tədqiqatlar aparır. Bilişim Vadisi bu sahələrdə çalışan sahibkarlara investiya, mentorluq, təlim və digər istiqamətlərdə dəstək göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
11 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
11 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
15 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
16 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























