Kolin İnşaat 17-ci Bakı Yay Enerji Məktəbində iştirak edib
(®) 3-14 iyul tarixlərində keçirilən Bakı Yay Enerji Məktəbinin əsas sponsorlarından biri olan Kolin İnşaat 17-ci Bakı Yay Enerji Məktəbində iştirak edib.
17-ci Bakı Yay Enerji Məktəbi layihəsi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, ADA Universiteti Fondu (Azərbaycan), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), BP Azərbaycan, Kolin İnşaat və Masdar şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
Tədbirdə “Kolin İnşaat” şirkətinin iştirakı və tərəfdaşlığı ilə “Dayanıqlı İnkişaf üçün Regional Əməkdaşlıq: Mühəndislik Perspektivi” mövzusunda sessiya keçirilib və enerji sektorunun dayanıqlı inkişafı ilə bağlı təqdimat maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb.
Enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçiləri iki həftəlik, ingilis dilli sertifikat proqramında bir araya gələrək, enerji diplomatiyası, hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik, dayanıqlı inkişaf mövzularında milli, regional və qlobal perspektivə dair məsələləri ətraflı şəkildə öyrənmə imkanı əldə edirlər.
Bu il 13 ölkədən 56 enerji sahəsi üzrə çalışan mütəxəssis proqrama qoşulmuşdur. İlk dəfə olaraq, bu il Bakı Yay Enerji Məktəbinin ikinci hissəsi Aktauda (Qazaxıstan) baş tutacaq.
İştirakçılar Bakı limanından Aktauya gəmi-bərəsi ilə səyahət edəcək və enerji məsələləri ilə bağlı Qazaxıstan perspektivi ilə də yaxından tanış olacaqlar.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı












.jpg)








