Twitter, Meta-nı Threads-a görə məhkəməyə verməklə hədələdi
Twitter-in, yeni mətn əsaslı sosial media platforması Threads üçün Meta-ya qarşı hüquqi tədbirlər görəcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.Twitter, Meta şirkətini Threads-a görə məhkəməyə verməklə hədələyir.
Marja.az xəbər verir ki, Semafor xəbər saytı Twitter-in hüquqşunası Aleks Spironun Meta şirkətinin baş direktoru Mark Zukerberqə məktubunu dərc edib.
Sözügedən məktubda Spiro Meta-nın Twitter-in ticarət sirlərini və digər əqli mülkiyyətini sistematik, qəsdən və qeyri-qanuni şəkildə sui-istifadə etməsindən ciddi narahatlığını ifadə edib.
Meta-nın keçmiş Twitter işçisini keçən il işə götürdüyünə diqqət çəkən Spiro, şirkətin qəsdən bu işçilərə bir neçə ay ərzində "kopya edilmiş" Threads tətbiqini inkişaf etdirmələri üçün tapşırıq verdiyini iddia edib.
"Twitter öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə qorumaq niyyətindədir və Meta-dan Twitter-in hər hansı ticarət sirri və ya yüksək məxfi məlumatlardan istifadəni dayandırmaq üçün təcili addımlar atmasını tələb edir", - Spiro bildirib.
30 milyon istifadəçiyə çatıb
Digər tərəfdən, Meta-nın Baş direktoru Mark Zukerberq Threads hesabındakı paylaşımında bu səhərdən etibarən Threads-də qeydiyyatdan keçənlərin sayının 30 milyona çatdığını açıqlayıb.
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi ola Meta şirkəti dünən Twitter-ə rəqib olan yeni sosial media platforması Threads-i istifadəyə verib.
Zukerberq daha əvvəl İnstaqramda Snapchat və TikTok funksiyalarını "Hekayələr" və "Reels" adları altında kopyaladığına görə tənqid olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







