Rabitəbank biznes müştəriləri üçün “Maliyyə savadlılığın artırılması” mövzusunda seminar keçirib
(®) Müştəriləri üçün daim innovativ addımlar atan və yeni rəqəmsal həllər tapan Rabitəbank maarifləndirmə yönümlü daha bir layihəsini həyata keçirib.
Belə ki, “Rabitəbank” ASC və Baker Tilly Azerbaijan-ın birgə təşkilatçılığı ilə biznes müştəriləri üçün Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə və bankın yaranmasının 30 illiyinə həsr olunmuş "Biznes müştərilərinin maliyyə savadlılığın artırılması" mövusunda seminar təşkil edib.
Təlim zamanı iştirakçılara korporativ idarəetmənin üstünlükləri, o cümlədən şəffaflıq və hesabatlılıq, məlumatların açıqlanması, kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi, korporativ maliyyənin idarə olunması, bu istiqamətlərdə beynəlxalq təcrübə barədə məlumat verilib.
Maliyyə savadlılılığının artırılması mövzusunda keçirilən təlim istehlak və ipoteka kreditləri, zaminlik, hökumətin fermerlərə dəstək mexanizmləri, hökumətin kiçik və orta biznesə dəstək mexanizmləri, sığorta sahələrini əhatə edib.
Bütövlükdə təlimdə əldə edilən bilik və bacarıqlar ölkədə kiçik və orta sahibkarlar üçün alternativ maliyyə mənbələrinə çıxış, eləcə də müasir korporativ idarəetmə prinsiplərinin tətbiqi baxımından mühüm rola malikdir.
Xatırlatmaq istərdik ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
12 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
12 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























