Türkiyədə çıxılmaz vəziyyət yaranır
Uçot dərəcəsini 19,5%-dən 8,5%-ə salan Türkiyə Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, dünən onu 15%-ə qaldırdılar.
Marja.az-ın məlumatına görə, artıq bazarlar Türkiyə Mərkəzi Bankına inanmır, gec-tez Prezident Rəcəb Tayyib Ərdoğanın Mərkəzi Bankın fəaliyyətinə yenidən müdaxilə edəcəyini gözləyir. Çünki faiz Ərdoğanın gözünün düşmənidir, o hesab edir ki, "aşağı faiz aşağı inflyasiya" deməkdir.
Dünən Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin bazarların gözləntisindən (16,5 faiz bəndi) aşağı olsa da, kəskin (6,5 faiz bəndi) artırmasına baxmayaraq Türk Lirəsi sürətlə ucuzlaşır. Bu gün Dollar 25 lirəni keçib. Milli valyuta dəyər itirdiyindən Türkiyədə qiymətlərin daha da artacağı (inflyasiyanın yüksələcəyi) gözlənilir.
Dünən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini (əsas faiz dərəcəsini) 6,50 faiz bəndi (650 bənd) artıraraq 8,50%-dən 15%-ə yüksəldib.
Ekspertlər artıq Dolların qiymətinin 20 lirədən aşağı düşməsinin mümkün olmadığını bildirirlər. Mərkəzi Bankın xeyli müddət səhv siyasət aparması və Ərdoğanın tələbləri vəziyyəti çox ağır edib. Xarici qurumlar Türkiyə Mərkəzi Bankını tezliklə uçot dərəcəsini 30-40%-ə qaldırmağa çağırırlar. Türkiyə isə faizlərin daha çox artırılması ilə bir neçə bankın və şirkətin iflas edəcəyindən, işsizliyin artacağından qorxur. Ölkədə çıxılmaz vəziyyət yaranır.
Ərdoğan seçkidə uduza biləcəyini ehtimal edərək iqtisadi vəziyyəti pisləşdirə və işsizliyi artıra biləcək qərarların qəbuluna razılıq vermir.
Faizlərin artırılmasına baxmayaraq Türk Lirəsinin ucuzlaşmaqda davam etməsi və inflyasiyanın yüksəməsi Ərdoğanın yeni maliyyə naziri Mehmet Şimşəkə və Mərkəzi Bankın yeni sədri Hafize Gaye Erkana "Gördünüz yüksək faiz aşağı inflyasiya demək deyil" bildirəcəyi və "faizi aşağı salın" göstərişi verəcəyi ehtimal olunur.
Yüksək inflyasiya və zəif lirə Türkiyə iqtisadiyyatı üçün böyük problemlər yaratmağa davam edir. Qiymətlərin artması istehlakçılara və biznesə təzyiq göstərərək onların alıcılıq qabiliyyətini aşağı salır. Bundan əlavə, valyutanın zəif olması mal idxalını çətinləşdirir və ölkənin borc yükünü artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)










.jpg)






