Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Jerom Pavel Konqresə pul-kredit siyasəti ilə bağlı təqdimatlarını davam etdirərkən, birjalarda qarışıq tendensiya müşahidə olunub.
ABŞ Senatının Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsinin üzvlərinin suallarını cavablandıran Pavel, Federal Açıq Bazar Komitəsinin (FOMC) ümumiyyətlə bu il faiz dərəcələrinin yenidən, bəlkə də iki dəfə artırılmasını məqsədəuyğun hesab etdiyini söyləyib.
Sərt monetar siyasətlərində uzun bir yol qət etdiklərini bildirən Pavel, son iclasda faiz dərəcələrinin sabit qalmasının səbəbinin onlara qərar vermək üçün daha çox vaxt verilməsi olduğunu ifadə edib.
Digər FED rəsmilərinin açıqlamalarını izləyərkən, FED İdarə Heyətinin üzvü Mişel Bouman, gələcək iclaslarda müvafiq siyasət addımlarına qərar verərkən inflyasiyanın sabit eniş yolunda olub olmasını diqqətə alacaqlarını vurğulayıb.
İnflyasiyanın hələ də qəbuledilməz dərəcədə yüksək olduğunu deyən Bouman, kifayət qədər məhdudlaşdırıcı səviyyəyə çatmaq və inflyasiyanı idarə etmək üçün daha çox faiz artımının tələb olunacağını bildirib.
Makroiqtisadi məlumatlar cəbhəsində isə, ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciətlərin sayı iyunun 17-də bitən həftədə dəyişməyərək 264 min olub və 2021-ci ilin oktyabrından bəri qeydə alınan ən yüksək səviyyədə qalıb.
Ölkədə cari əməliyyatlar hesabının kəsiri isə bu ilin birinci rübündə 1.5% artaraq 219.3 milyard dollara çatıb.
ABŞ-da ikinci əl ev satışları da may ayında aylıq 0.2% artaraq proqnozları üstələyib.
Dünən İngiltərə və İsveçrə Mərkəzi Banklarının faiz artımlarına baxmayaraq, FED-in faiz artımlarını davam etdirəcəyi ehtimalları məhz dolların bahalaşmasına dəstək oldu. Cümə Axşamı həmçinin Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı 2 ildən sonra ilk dəfə faiz dərəcələrini artırdı. TCMB uçot dərəcəsini 6.50% artıraraq 15%-ə çatdırsa da, USDTRY məzənnəsi tarixi maksimumlarını yeniləyərək 25.41TL hədlərinə kimi yüksəldi. Xatırladaq ki, birjalar TCMB-nin faiz dərəcəsini 21%-ə qədər artıracağını proqnozlaşdırırdı.
FED sədri Jerom Pavel və digər FED rəsmilərinin bu ilin sonuna kimi əalvə 2 dəfə faiz dərəcəsini artırmağı düşündüklərini vurğulamasından sonra dollar indeksi 101.90 bənd səhddindən 102.65 bənd həddinə qədər yüksəlib. Lakin DXY 103.50 bənd həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Bu gün, Amerika, Avrozona, Almaniya və İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri dünya birjalarda dalğalanmalara, xüsusən də DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
5 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 23 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Ən çox oxunanlar
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub






















