Xəstələrdən 4 milyon manata yaxın gəlir götürüb
"Diamed"ləri (əvvəlki Baku Clinic) idarə edən "İdeal Tibb Şirkəti" MMC 2022-ci ili 614 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 252 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "İdeal Tibb Şirkəti"nin xalis mənfəəti 2,4 dəfə artıb.
Şirkət 2020-ci ildə 102 min manat xalis mənfəət əldə etmişdi.
Marja.az MMC-nin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "İdeal Tibb Şirkəti"nin gəlirləri 2021-ci ildə 2 milyon 886 min manat ikən, 2022-ci ildə 3 milyon 967 min manata yüksəlib (1 milyon 81 min manat və ya 37,4% artıb).
Xatırladaq ki, "İdeal Tibb Şirkəti" MMC-nin xidmətlərdən gəlirləri 2020-ci ildə 1 milyon 598 min manat ikən, 2021-ci ildə 2 milyon 886 min manata yüksəlmişdi (1 milyon 288 min manat və ya 80% artmışdı).
31 Dekabr 2022-ci il tarixində "İdeal Tibb Şirkəti" MMC 10 milyon 663 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 12 milyon 126 min manat cəmi aktivlərə malik idi.
"İdeal Tibb Şirkəti" MMC "Diamed" tibb mərkəzlərini idarə edir. Şirkətin Baş tibb mərkəzi Bakı şəh., Ak. H. Əliyev küç ev 101 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
10 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
10 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
11 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
-
13 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















