VI dəfə keçirilən “Digital Marketing Conference 2023” yekunlaşdı!
(®) “Rəqəmsal minimalizm” konsept mesajı ilə 11 iyun 2023-ci il tarixində “Four Seansons Hotel Baku”da 500 nəfərin iştirakı ilə “Digital Marketing Conference” (DMC23) uğurla yekunlaşıb.
“Facemark” MMC təşkilatçılığı, “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu və "Endorphin/Rafineri" şirkətinin sponsorluğu ilə təşkil olunan konfransda rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olaraq ölçülə bilən və effektiv olan marketinq alətlərini peşəkar spikerlərin təqdimatlarında iştirakçılara çatdırılıb.
3 moderator və 11 spiker “Yaradıcı kontent və Müştəri cəlbi”, “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası”, “Müştəri Davranışına Data-əsaslı Yanaşma” panelləri üzrə rəqəmsal dünyaya dair müxtəlif mövzuları müzakirə ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. “Facemark” şirkətinin təsisçisi “Rafiq Hunaltay”, “Code Academy” tədris müəssisəsinin təsisçisi və icraçı direktoru Ülvi Aslanov və Rafineri şirkətinin partnyoru Emre Kaplanın açılış nitqi ilə çıxış edərək tədbiri açıq elan ediblər.
“Code Academy” tədris müəssisəsinin Marketinq və Kommunikasiyalar Departamentinin rəhbəri Gülşən Cumayevanın moderator olduğu “"Yaradıcı kontent və müştəri cəlbi"” panelində Rafineri şirkətinin Partneri Emre Kaplan, Trilogy News şirkətinin kreativ strategiya direktoru Göktuğ Sarı, Ağıllı Nağıllar şirkətinin təsisçisi İlham Əkbərli və Endorphin şirkətinin təsisçisi Orxan Kərimov təcrübələrini bölüşüblər. Panel sonu moderator və spikerlərə təşəkkür plaketləri təqdim olunub.
Adsnerd şirkətinin rəhbəri, Google Premier Partnyoru və reklam eksperti Kamal Allazovun moderatorluğu ilə “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası” paneli zamanı spikerlər - Kapital Bank-ın Rəqəmsal Marketinq üzrə Proses Sahibi Kamran Babaşov, Evido şirkətinin ölkə üzrə meneceri Fərid Əfəndi və Google şirkətinin Media Effektivliyi üzrə Baş Mütəxəssisi Mariia Bocheva rəqəmsal dünyaya dair həm təqdimalar, həm də iştirakçılarla sual-cavab əsasında fikir mübadiləsi aparıblar.
Code Academy tədris müəssisəsinin rəqəmsal marketinq üzrə proqram rəhbəri Sərvər Cəfərovun moderatorluğu ilə "Müştəri Davranışına Data-əsaslı Yanaşma" adlı son panel baş tutub. ABB-nin rəqəmsal marketinq şöbəsinin rəhbəri Nərgiz Əhmədova, Azerconnect şirkətinin Machine Learning Mühəndisi Nicat Zeynalov, AzInTelecom şirkətinin Rəqəmsal Marketinq bölməsinin rəhbəri Şəmistan İsayev və OnDigital Agentliyinin təsisçisi Zamin Namazov panelin spikerləri olaraq sünii intellekt və müasir texnologiyalar, kreativlik və yaradıcı düşüncə mövzusunda çıxış ediblər.
Konfransın sonunda müsabiqə keçirilərək iştirakçılar arasında qalib gələn şəxslərə müxtəlif şirkətlərdən dəyərli hədiyyələr təqdim olunub. Qeyd edək ki, tədbir zamanı iştirakçılar sertifikat əldə ediblər.
Facebook: https://www.facebook.com/dmcbaku.az
İnstaqram: https://www.instagram.com/dmcbaku.az
Linkedln:https://www.linkedin.com/company/digital-marketing-conference
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
12 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
12 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























