Rusiyanın VTB Bankı Türkiyəyə pul köçürməsi xidmətini istifadəyə verəcək
Rusiyanın ikinci ən böyük bankı olan VTB-nin vitse-prezidenti Anatoli Peçatnikov, ilin sonuna qədər Türkiyə və Hindistana pul köçürmələri xidmətini işə salmağı planlaşdırdıqlarını bildirib.Rusiyanın VTB Bankı Türkiyəyə pul köçürməsi xidmətini istifadəyə verəcək.
Marja xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən VTB-nin vitse-prezidenti Anatoli Peçatnikov bildirib ki, transsərhəd pul köçürmələri sürətlə artır.
Peçatnikov, “Türkiyə və Hindistan, sıx əlaqələr qurduğumuz və turist axınının olduğu ölkələr olaraq bu sahədə əsas ölkələrdir” deyib.
Pərakəndə müştərilərin VTB ilə 11 ölkəyə pul köçürə bildiklərini qeyd edən Peçatnikov, "İlin sonuna qədər bu ölkələrin sayını Türkiyə və Hindistanı da daxil etməklə artırmağı planlaşdırırıq" deyib.
Peçatnikov bankın pərakəndə müştərilərinin bu ilin ilk 5 ayında xaricə 66 mindən çox pul köçürdüyünü və bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çox olduğunu bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























