“McDonald’s Azərbaycan” şirkəti qanvermə aksiyası keçirib - FOTO
(®) “McDonald’s Azərbaycan” şirkəti Qan Donorları Assosiasiyasının təşkilatçılığı ilə 14 iyun – Ümumdünya Qan Donoru Günü münasibətilə qanvermə aksiyası keçirib.
Mərkəzi Qan Bankında keçirilən aksiyada “McDonald’s Azərbaycan” şirkətinin 40-dan çox əməkdaşı könüllü qan vermə aksiyasında donor kimi iştirak edib.
Qan bankının qanla təmin edilməsi irsi qan xəstəliklərindən əziyyət çəkən (talassemiya, hemofiliya, leykimiya) eləcə də bədbəxt hadisələr zamanı xəsarət alan insanların müalicəsində mühüm rol oynayır.
Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasının 2005-ci ildə Cenevrədə keçirilən 58-ci sessiyasında Ümumdünya Qan Donoru Gününün təsis edilməsi barədə qərar qəbul edilib. Hər ilin bu tarixində insanlar başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq qan verir, bununla da əhalini ehtiyacı olan xəstələri təmin etmək üçün mütəmadi olaraq qan donorluğunun zəruriliyi barədə məlumatlandırırlar.
Qeyd edək ki, korporativ sosial məsuliyyət hər zaman “McDonald’s” şirkətinin fəlsəfəsinin əsasını təşkil edib. “McDonald’s”ın 23 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























