Rusiya Mərkəzi Bankı faiz qərarını açıqladı
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib.Rusiya Mərkəzi Bankının İdarə Heyəti iyunun 9-da keçirilən iclasında əsas uçot dərəcəsini illik 7,5% səviyyəsində saxlayıb.
Marja xəbər verir ki, bu səviyyə 6 iclasdır dəyişmir. Uçot dərəcəsi 2022-ci ilin sentyabrından bəri 7,5% səviyyəsindədir.
7,5% səviyyəsinin dəyişməz qalacağı əksər iqtisadçılar tərəfindən proqnozlaşdırıldı, eyni zamanda bəziləri tənzimləyicidən 0,25-0,50 faiz bəndi artım gözləyirdilər.
Qiymətlərin artmasının sürətlənməsi halında Rusiya Mərkəzi Bank faizini artıra bilər.
Rusiya Mərkəzi Bankının yaydığı press-relizdə ölkədə ev təsərrüfatlarının inflyasiya gözləntilərinin yüksək səviyyədə olduğu bildirilib: "Əhalinin inflyasiya gözləntiləri və müəssisələrin qiymət gözləntiləri yüksək səviyyədə qalır. Rusiya Bankının aprel proqnozunda iqtisadi aktivlik gözləniləndən daha sürətlə artır. Bu, əsasən daxili tələbin güclü bərpasını əks etdirir".
İqtisadi fəaliyyətlərin gözləntilərin üzərində toparlandığına diqqət çəkən açıqlamada, "Rusiya Mərkəzi Bankı heç bir dəyişiklik etmədən faizini 7,5% səviyyəsində sabit saxlamağa qərar verdi", - deyilir.
Açıqlamada, məşğulluq bazarındakı vəziyyətin, büdcə xərclərinin artmasının və xarici ticarət şərtlərinin pisləşməsinin inflyasiyanın yükssəlməsi risklərini artırdığı qeyd edilib. Mərkəzi Bank ilin sonunda inflyasiya səviyyəsinin 4,5-6,5 faiz civarında olacağını gözləyir.
Rusiya Mərkəzi Bankı 2022-ci ilin fevralında qərb ölkələrinin sanksiyalarına görə faiz dərəcəsini 9,5 faizdən 20 faizə qaldırdıqdan sonra faiz azaltma prosesinə daxil olub və 2022-ci ilin sentyabrında keçirdiyi iclasda faiz dərəcəsini aşağı salaraq 7,5 faiz müəyyən edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)






