Qazaxıstan neftinin Azərbaycandan ixracı ilə əlaqədar imkanlar nəzərdən keçirilib - ASTANADA GÖRÜŞ
Astana Beynəlxalq Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Serik Jumanqarin ilə görüşüb.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Qazaxıstana səfəri və imzalanmış sənədlərin ikitərəfli münasibətlərin kompleks şəkildə inkişafı və çoxşaxəli tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün geniş imkanlar yaratdığı qeyd olunub. İki ölkə arasında ticarət dövriyyəsində hazırda müşahidə olunan artım dinamikası ticari-iqtisadi əlaqələrin inkişaf göstəricisi kimi dəyərləndirilib.
Söhbət zamanı ixrac-idxal potensialından geniş istifadə, nəqliyyat-logistika imkanlarının artırılması, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin birgə investisiya perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı ilə əlaqədar imkanlar nəzərdən keçirilib. Bildirilib ki, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqli enerji təchizatının diversifikasiyasını təmin edir. 2023-cü ilin aprelindən ilin sonuna kimi BTC boru kəməri ilə təxminən 1,125 milyon ton Qazaxıstanın neftinin nəqli planlaşdırılır.
Görüşdə əməkdaşlıq prioritetləri üzrə qarşılıqlı fəaliyyətdən irəli gələn məsələlərin birgə dəyərləndirilməsi və növbəti addımların müəyyənləşdirilməsi məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində bu ilin sentyabr-oktyabr aylarında onlayn formatda görüşün keçirilməsi razılaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 43 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























