Yay fəsli ərəfəsində Bakıətrafı ərazilərdə bağ evləri bahalaşıb
Hər il yay fəslinin gəlişi ərəfəsində daşınmaz əmlak bazarında bağ evlərinin alqı-satqı və kirayəsi aktuallaşır. Yay tətilini ölkə daxilində və dənizə yaxın yerlərdə keçirmək istəyənlər Bakıətrafı ərazilərdə bağ evləri axtarmağa başlayır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında bu il də eyni tendensiyanın yaşandığını və bazarda dinamikliyin artdığını bildirib:
“May ayından ölkə vətəndaşları və xaricdən ölkəmizə gələn əcnəbilər istirahət müddətində bağ evlərinin kirayəyə götürülməsi üçün axtarışa başlayıb. Eyni zamanda, ölkədə manatın alıcılıq qabiliyyəti hər il aşağı düşür. Bu da təbiidir. Zaman məfhumu bütün valyutaların alıcılıq qabiliyyətinə təsir göstərir və dövri inflyasiya gedir. Hətta ən dayanıqlı valyuta olan ABŞ dolları 100 il əvvəllə müqayisədə 18 dəfə dəyər itirib. Ona görə də bu il ötən ilə nisbətən fərdi yaşayış və bağ evlərinin satış və kirayə qiymətləri ciddi artıb. Bu fərqlər təkcə yuxarıdakı amillə bağlı deyil. Ölkəyə investisiya axını davam edir və torpaqlarımızın işğaldan azad olmasından sonra həm xarici investorların, həm də öz vətəndaşlarımızın daşınmaz əmlaka marağı daha da artıb. Bu da bazarda həm mənzil, həm fərdi yaşayış və bağ evi, həm də qeyri-yaşayış sahələrinin bahalaşmasına səbəb olub. Ötən illə müqayisədə hazırda bağ evlərinin kirayəsində təqribən ilkin təklif qiymətlərində 15-20 % civarında artım var”.
V.Oruc Bilgəh, Nardaran, Mərdəkan, Novxanı kimi ərazilərdə bağ evlərinin alqı-satqı və kirayəsinin daha aktual olduğunu qeyd edib:
“Bağ evlərini iki qrupa bölə bilərik. Birincisi, minimal şəraitə malik bağ evləridir ki, onlarda komfort şərait yoxdur. Onların qiyməti təqribən aylıq kirayə qiyməti 1 000-1 500 manat civarındadır. Digəri isə komfortlu bağ evləridir ki, onlarda tennis kortları, futbol meydançaları, yay mətbəxləri də var və onlar kompleks şəkildə istirahət etmək imkanlarına malikdir. Bu evlərin aylıq kirayə qiyməti 3 000-3 500 manat civarında da olur. Əvvəllər vətəndaşlarımız düşünürdü ki, bağ evlərini almaq daha məqsədəuyğundur. İndi isə yanaşma dəyişib. Daha çox kirayəyə üstünlük verirlər. Bu da kirayə bazarında qiymət artımına səbəb olur. Çünki bağ evlərini alanda onlara xüsusi qulluq tələb edilir. Bağban üçün olan ödəniş, kommunal xərclər və mühafizə xərcləri bağ evi almağın baha başa gəlməsinə səbəb olur. Odur ki, bağ evlərini kirayələmək daha sərfəli olur”.
O, hazırda təkcə bağ evlərinə deyil, fərdi yaşayış evlərinə də tələbatın yüksək olduğunu vurğulayıb:
“Türkiyədəki zəlzələdən sonra Azərbaycanda da psixoloji gərginlik yaşandı. Nəticədə vətəndaşlarımızın fərdi yaşayış evləri almaq istiqamətində aktivliyi artıb. Bu da həmin evlərin təqribən 5-7 % bahalaşmasına səbəb olub. Bu artımın davam edəcəyi proqnozlaşdırılır. Amma bazarda alqı-satqı faktlarından daha çox kirayə faktları var. Bu da əsas artımın məhz kirayə bazarında olacağını deməyə imkan yaradır. Amma bu proses mövsümi xarakter daşıyır. Yay mövsümü bitdikdən sonra həm kirayə, həm də alqı-satqı qiymətlərinin yenidən əvvəlki vəziyyətə qayıtmasını dəfələrlə müşahidə etmişik. Hazırda sadəcə yay mövsümü öncəsi olduğu üçün bazarda daha çox aktivlik var”.
V.Oruc hesab edir ki, vətəndaşlar mənzil yaşayış tipindən imtina edib həyət evlərinə keçmək fikrində deyil: "Yəni hər bazarın öz müştərisi var. Yenə də ənənəvi nisbət özünü saxlayır. Yəni alqı-satqı və kirayə bazarında mənzillərin ümumi payı fərdi yaşayış və bağ evlərinə nisbətən bir neçə dəfə çoxdur. Bu nisbətin dəyişəcəyini proqnozlaşdırmaq olmaz. Sadəcə, artım tendensiyasını tətikləyən amillər ötən ildəkinə nisbətən daha yüksəkdir”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
2 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
4 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
4 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 4 saat əvvəl
-
5 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azercell-də “böhran yığıncağı”
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq





















