Çində dron istehsalçıları rekord məbləğdə gəlir əldə ediblər - 16,5 MİLYARD DOLLAR
Çinli dron istehsalçılarının ümumi gəliri keçən il 34% artaraq rekord həddə - 117 milyard yuana (təxminən 16,5 milyard dollar) çatıb.
Marja.az xəbər verir ki, bu barədə bazar ertəsi Honq-Konqun “South China Morning Post” qəzeti məlumat yayıb.
Xəbərə görə, məlumatları Şençjenin Pilotsuz Uçuş Aparatı İstehsalçıları Assosiasiyasının sədri Yang Jincai orada keçirilən 7-ci Ümumdünya Dron Konqresində çıxışı zamanı bildirib.
O qeyd edib ki, sənayedə çalışan şirkətlərin ümumi sayı ötən il 25% artaraq 15 mini ötüb.
Dünyadakı mülki dronlarının əksəriyyəti DJI şirkətinin baş qərargahının yerləşdiyi Şençjendə istehsal edilib: dünyada hər ikinci dron bu şəhərdə yığılıb.
Qəzetin məlumatına görə, 2021-ci ildə Çinin pilotsuz uçuş aparatları istehsalçılarının ümumi gəliri təxminən 87 milyard yuan (təxminən 12,3 milyard dollar) təşkil etmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























