Valyuta mübadiləçisinin kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyən olunur
Azərbaycandakı valyuta mübadiləçisinin nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyən edilir.
Bu, “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, hər hansı şəxs valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxsin nizamnamə (şərikli) kapitalında mühüm iştirak payını, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və yaxud nizamnamə kapitalının 50 %-nə çatmasına və yaxud bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər.
Bu Qanunda nəzərdə tutulan payın əldə edilməsi üçün lisenziya sahibinin səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edir:
İştirak payını əldə etmək istəyən hüquqi şəxs olduqda:
- hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini və ya ilini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;
- həmin hüquqi şəxsin icra orqanının rəhbərinin vətəndaş qüsursuzluğu barədə məlumat (rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış);
- xarici hüquqi şəxslər tərəfindən yuxarıda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış nizamnamə (əsasnamə), onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd, ən azı sonuncu üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi:
İştirak payını əldə etmək istəyən fiziki şəxs olduqda:
- soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, habelə vətəndaş qüsursuzluğu barədə məlumat;
- fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar (daimi yaşayış yeri Azərbaycan ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla) və rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
- iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər.
AMB ərizəyə ən geci 20 iş günü müddətində baxır.
İştirak payının əldə edilməsi barədə AMB-nin verdiyi icazədə iştirak payının alınmasının son müddəti göstərilir. Bu müddət bitdikdən sonra və yaxud AMB-nin icazəsi olmadan iştirak payının əldə edilməsini təmin edən əqdlər bağlanıldıqda, həmin əqdlər bağlanıldığı andan etibarsız hesab edilir.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxsin kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və yaxud nizamnamə (şərikli) kapitalındakı payını 50 %-dən aşağı endirməzdən əvvəl bu barədə AMB-yə yazılı məlumat verməlidir.
AMB iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və yaxud valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən geri alınması (əldə edilməsi) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
-
55 d. əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
57 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 57 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır










.jpg)












.jpg)
