Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Səudiyyə Ərəbistanı neft hasilatını əlavə olaraq azaldır, Rusiya hasilatın könüllü azaldılması müddətini uzadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı neft hasilatını əlavə olaraq azaldır, Rusiya  hasilatın könüllü azaldılması müddətini uzadır

Səudiyyə Ərəbistanı iyul ayından etibarən neft hasilatını əlavə olaraq bir ay ərzində gündəlik 1 milyon barel də azaldacaq.

Marja xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi məlumat yayıb.

Reklam_3_11

"Səudiyyə Ərəbistanı iyuldan bir ay müddətinə neft hasilatını əlavə olaraq 1 milyon barel azaldacaq", - məlumatda bildirilir.

Rusiyanın baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya neft hasilatının könüllü olaraq sutkada 500 min barel azaldılmasını 2024-cü ilin dekabr ayının sonuna qədər uzadacaq.

Bu gün OPEC-ə üzv ölkələr və qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatının səviyyəsi 2024-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək gündəlik 40,46 milyon barel müəyyən edilib.

Hesablamalarına görə, OPEC+ ölkələri hasilatı gündəlik 1,393 milyon barel azaldacaqlar. Qərar sabit neft bazarına nail olmaq və onu saxlamaq, habelə bazar üçün uzunmüddətli meyarları təmin etmək məqsədilə qəbul edilib.

Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib. 

"Rusiya könüllü neft hasilatını sutkada 500 min barrel azaltmağı 2024-cü ilin dekabr ayının sonuna qədər uzadacaq, bu, 2024-cü il üçün kvotadan hesablanacaq" - Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, OPEC+-ın hazırkı sazişin müddətini 2024-cü ilə qədər uzatmaq qərarı və bir neçə ölkənin neft hasilatını könüllü şəkildə azaltması daha 1,5 il bazarda vəziyyəti proqnozlaşdırmağı asanlaşdıracaq.

Mayın 1-dən başlayaraq 9 ölkə könüllü olaraq hasilatlarını cəmi gündəlik 1,66 milyon barel azalıblar.

04.06.2023 21:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ