Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fitch-dən ABŞ qərarı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fitch-dən ABŞ qərarı

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings bəyan edib ki, ABŞ-da borc limiti böhranının aradan qaldırılmasına baxmayaraq, son gərginliyi yaradan siyasətin nəticələrini, ortamüddətli maliyyə və borc perspektivləri ilə bağlı proqnozları nəzərə alaraq, ölkənin kredit reytinqi "mənfi" (neqativ) olmaqda davam edir.  

Marja xəbər verir ki, Fitch-in yaydığı açıqlamada, borc limiti razılaşmasına baxmayaraq, ABŞ-ın "AAA" kredit reytinqinin mümkün azaldılması üçün izlənməyə davam etdiyi bildirilib.

Reklam_3_11

“ABŞ-ın borc limitinin çıxılmaz vəziyyətinin həlli hökumətə öz öhdəliklərini yerinə yetirməyə imkan versə də, Fitch Ratings ABŞ-ın reytinq monitorinqini "mənfi" olaraq saxlayır, çünki biz son eskalasiya siyasətinin tam nəticələrini?orta müddətli fiskal və borc proqnozunu qiymətləndiririk”, - məlumatda deyilir. 

ABŞ prezidenti Co Baydenin hərbi olmayan ixtiyari xərcləri 2 il müddətinə məhdudlaşdırmaq müqabilində borc limitinin 1 yanvar 2025-ci ilə qədər təxirə salınmasını nəzərdə tutan qanun layihəsini imzalaması gözlənildiyi qeyd edilən açıqlamada, Fitch-in gözləntiləri və ABŞ-ın "AAA" kredit reytinqinə uyğun olduğu qeyd edilib.

Açıqlamada bildirilib ki, borc limitinin dəfələrlə siyasi dalana dirənməsi, maliyyə və borc məsələlərində administrasiyaya inamı azaldır.

Son 15 ildə artan siyasi qütbləşmə ilə idarəçilikdə davamlı olaraq pisləşmənin müşahidə olunduğu vurğulanaraq, borc limiti ilə bağlı gərginliyi artıran siyasətin təkrarlandığı və borcun artması nəticəsində yaranan maliyyə çətinliklərinin aradan qaldırılamadığı bildirilib. Məcburi xərclər fiskal kəsirlərin və borc yükünün artmasına səbəb olmuşdur.

Açıqlamada qeyd olunub ki, ABŞ-ın reytinqi iqtisadiyyatın böyüklüyü, adambaşına düşən yüksək ÜDM və dinamik biznes mühiti də daxil olmaqla müstəsna güclü tərəflərlə dəstəklənir, baxmayaraq ki, bu güclü tərəflərin bəziləri idarəetmədəki çatışmazlıqlar səbəbindən zamanla zərər çəkə bilər.

03.06.2023 09:18

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ