"Kolin İnşaat" 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində təmsil olunur - FOTOLAR
(®) 31 may-2 iyun tarixlərində Bakı Enerji Həftəsinin əsas sponsorlarından biri olan Kolin İnşaat 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 28-ci Bakı Enerji Forumunda iştirak edib.
"Koloğlu Holding"in tərkib hissəsində olan qrup şirkətləri və 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərən "Kolin İnşaat" Beynəlxalq Xəzər Neft və Qaz sərgisində enerji, neft və qaz sektorunda investisiyadan istehsala, inşaatdan enerjinin paylanmasına bir çox strateji layihələri ilə stenddə təmsil olunur.
30-dan çox ölkənin təmsil olunduğu və regionda neft-qaz sənayesinin əsas tədbiri olan sərgi stendində tikinti və enerji sahəsində layihələri iştirakçılar və ziyarətçilərə nümayiş olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə "Kolin İnşaat" stendində dövlət və özəl sektor nümayəndələri ilə mütəmadi işgüzar görüşlər keçirilib və danışıqlar aparılıb.
"Kolin İnşaat" həmçinin Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunan və ənənəvi olaraq 600-dən çox nümayəndə iştirak edən Bakı Enerji Forumunda əsas tərəfdaş olaraq iştirak edir.
Tədbirin ilk günündə "Kolin İnşaat" şirkətinin tərəfdaşlığı ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Siyasi Araşdırmalar və Analiz üzrə Direktoru Prof. Damyan Krjeviç Mişkoviç və Enerji və Davamlı İnkişaf Proqramının Baş Elmi İşçisi Əhməd Hümbətovun iştirak etdiyi “Xəzər regionunun yaşıl enerji potensialı” mövzusunda sessiya keçirilib və bərpa olunan enerji ilə bağlı mütəxəssislərin təqdimatları maraqla qarşılanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















