Çinin “Envision Energy” şirkəti Azərbaycana külək turbinləri sartmağa çalışır
Çinin “Envision Energy” şirkətinin vitse-prezidenti ilə görüş keçirilibİqtisadiyyat naziri Mikayıl Cabbarovun Çinin “Envision Energy” şirkətinin beynəlxalq işlər üzrə vitse-prezidenti Con Li ilə görüşündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər və əməkdaşlıq imkanları müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “Envision Energy” şirkətinin beynəlxalq işlər üzrə vitse-prezidenti Con Li ilə görüşüb.
İqtisadiyyat naziri Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Ölkəmizdə bu sahədə ixtisaslaşan müəssisələrin qurulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.
Görüşdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Çinin “Envision Energy” şirkəti 2007-ci ildə yaradılıb və külək turbini istehsalı üzrə ixtisaslaşıb. Şirkət Çin və digər ölkələrdə külək, günəş və hidrogen enerjisi istehsalı layihələrində iştirak edir. “Envision Energy” “yaşıl” texnologiyaların inkişafı məqsədilə dünyanın bir sıra ölkələrində elmi-tədqiqat və mühəndislik mərkəzləri şəbəkəsi yaradıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
27 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
48 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























