"OPEC neft qiymətlərini müəyyən səviyyəyə çatdırmağa çalışmır"
Təşkilatın baş katibi Heysəm əl-Qais bildirib ki, bütün qərarlar dünya tələbi ilə təklif arasında müvafiq tarazlığın təmin edilməsi məqsədilə qəbul edilir.Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) neftin qiymətini müəyyən səviyyəyə çatdırmağa çalışmır.
Marja xəbər verir ki, bunu İranın Şana xəbər agentliyinə müsahibəsində təşkilatın baş katibi Heysəm əl-Qais deyib.
"OPEC-də biz müəyyən qiymət səviyyəsini hədəfləmirik. Bütün qərarlarımız dünya tələbi ilə təklif arasında uyğun balansı təmin etmək üçün qəbul edilir", - Əl-Qais bildirib.
O, həmçinin qeyd edib ki, təşkilatın qərarları, o cümlədən neft hasilatının azaldılması ilə bağlı qərarları fundamental bazar göstəricilərinin təhlilinə əsaslanır.
OPEC və OPEC+ ittifaqının neft hasilatını azaltmaq üçün atdığı addımlar dəfələrlə tənqid olunub. Məsələn, bir neçə OPEC+ ölkəsi may ayından 2023-cü ilin sonuna qədər könüllü hasilatı azaltdığını elan etdikdən sonra Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol OPEC ölkələrinin neft qiymətlərinin artırılmasında “çox diqqətli” olması lazım olduğunu bildirib. Onun fikrincə, neft istehsalçılarının qiymətləri artırmaq cəhdləri yalnız dünyada elektriklə işləyən avtomobillərin tətbiqinin sürətlənməsinə gətirib çıxaracaq.
2022-ci ilin oktyabrında OPEC+ ölkələri hasilatı noyabr ayından gündəlik 2 milyon barel azaltmağa razılaşıb, həmçinin razılaşmanı 2023-cü ilin sonuna qədər uzadıb. Neft hasilatının azaldılmasının hesablanması üçün 2022-ci ilin avqust ayından etibarən OPEC+ sazişi çərçivəsində kvota əsas götürülüb. OPEC+ Monitorinq Komitəsi aprelin 3-də keçirilən iclasda 2022-ci ilin oktyabrında keçirilən görüşdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.
Bakı vaxtı ilə saat 13:50-də Brent nefti 2%-dən çox ucuzlaşma ilə 75,49 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 24 d. əvvəl
-
-
49 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
51 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























