"Türk lirəsinin dollar qarşısında 29% dəyər itirməsi riski var" - SEÇKİNİN ARDINDAN PROQNOZLAR AÇIQLANDI
ABŞ investisiya bankı Morgan Stanley bildirib ki, seçkilərdə qalib gələn prezident Rəcəb Tayyib Ərdoğan aşağı faiz siyasətinə əməl etməyə davam edərsə,
ABŞ-ın iri investisiya bankı Morgan Stanley bildirib ki, Prezident seçkisində qalib gələn Rəcəb Tayyib Ərdoğan aşağı faiz siyasətinə əməl etməyə davam edərsə, türk lirəsinin dollar qarşısında 29% dəyər itirməsi riski var.
Marja.az xəbər verir ki, Morgan Stanley-in analitikləri hazırladıqları hesabatda, ABŞ dolları /Türk Lirəsi məzənnəsinin gözlənildiyindən daha tez 26 lirə səviyyəsinə çata biləcəyini və siyasət istiqamətində dəyişiklik olmazsa ilin sonuna qədər 28 lirəyə yaxınlaşa biləcəyini yazıblar.
Hesabatda, “Türkiyənin yüksək xarici maliyyə ehtiyacları makro risklərin davam etməsinə səbəb olacaq. Mövcud makro siyasət çərçivəsi dəyişmədikcə, ölkə qlobal şoklara (əmtəə qiymətləri, FED) qarşı artan həssaslıqla üzləşiləcəkdir”, - deyilir.
İnvestorlar seçkidən sonra Türkiyədə aparılacaq iqtisadi siyasətləri yaxından izləyirlər. Ərdoğanın qarşıdan gələn yerli seçkilərə qədər ortodoksal (qeyri-ənənəvi) iqtisadi siyasətə qayıdıb-qayıtmayacağı valyuta məzənnələrinin və bazarların istiqamətini müəyyən edəcək.
WELLS FARGO-DAN DOLLAR/TL PROQNOZU
ABŞ-ın ən böyük banklarından olan Wells Fargo-nun İnkişaf etməkdə olan Bazarlar üzrə İqtisadçısı və Valyuta Strateqi Brendan MakKenna seçkidən sonra dollar/Türk Lirəsi məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb.
Wells Fargo-nun analitiki MakKenna CNBC-yə deyib: "Bizim türk lirəsinə kifayət qədər bədbin baxışımız var, çünki Ərdoğan seçkidən sonra vəzifədə qalır".
“Türkiyə üçün çox qaranlıq iqtisadi və bazar perspektivi var”, deyən McKenna, dollar/TL-nin ikinci rübün sonunda dollar qarşısında yeni rekord səviyyəyə - 23, gələn il isə 25-ə çata biləcəyini deyib.
McKennaya görə, bütün ssenaridə yeganə ümid işığı Mərkəzi Bankın Yaxın Şərq ölkələri və Çinlə valyuta ehtiyatı svop xətləri (SWAP) təmin etmək qabiliyyətidir. "Əgər onlar bu ehtiyat pul limitlərini genişləndirə bilsələr, bəlkə də ehtiyat valyuta müdaxiləsində müəyyən dəstək ola bilər", - deyib.
Bank seçkidən əvvəl dərc etdiyi təhlildə dollar/TL məzənnəsinin 2023-cü ilin ikinci rübünün sonunda 22 TL-yə çata biləcəyini və lirənin daha da kəskin ucuzlaşa biləcəyini bildirmişdi.
Qeyd edək ki, bu gün Dollar/Türk lirəsi məzənnəsi 20,06 səviyyələrinə qalxıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
11 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
