Fəlakətli defolt təhlükəsini gündəmdən çıxaran razılaşma
ABŞ prezidenti Co Bayden və ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti telefon danışığı zamanı yekun razılığa gəliblər. Onlar Nümayəndələr Palatası və Senata milli borc tavanının artırılması ilə bağlı ikitərəfli razılaşmanı təsdiq etməyi tövsiyə ediblər.
Marja xəbər verir ki, bunu Bayden bunu bazar günü jurnalistlərə danışarkən deyib.
"Mən spiker Makkarti ilə danışdım və biz Konqresə göndərməyə hazır olduğumuz ikitərəfli büdcə razılaşmasına nail olduq. Düşünürəm ki, bu, fəlakətli defolt təhlükəsini gündəmdən çıxaran çox mühüm irəliyə doğru addımdır", - o deyib.
Bayden əlavə edib ki, razılaşma "Amerika xalqı üçün yaxşı xəbərdir".
"Bu razılaşma indi Nümayəndələr Palatasına və Senata gedəcək. Mən hər iki palataya bu razılaşmanı qəbul etməyi şiddətlə tövsiyə edirəm", - Amerika lideri əlavə edib.
Bayden vurğulayıb ki, danışıqlar zamanı o, büdcə ilə bağlı kompromislərə gedib, lakin dövlət borcunun limitinin artırılması məsələsi ilə bağlı deyil.
ABŞ-ın dövlət borcunun tavanı ilə bağlı razılaşma onun 2025-ci ilə qədər artırılmasını nəzərdə tutur
Respublikaçı konqresmenlərlə Ağ Ev arasında büdcə ilə bağlı razılaşma ABŞ-ın dövlət borcunun tavanının 2025-ci il yanvarın 1-dək artırılmasını nəzərdə tutur. Qanun layihəsinin mətni bazar günü ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin saytında dərc olunub.
Sənədin mətnindən "Dövlət borcunun tavanının 2025-ci il yanvarın 1-dək müvəqqəti artırılması" deyilir. Dövlət borcunun yuxarı həddinə “2 yanvar 2025-ci il çatacaq” deyə aydınlaşdırır. Hökumət təcili tədbirlər görməsə və ya borc limitini yenidən qaldırmasa, bu, mümkün defolta səbəb ola bilər.
Birgə bəyanatda deyilir: "On ildən artıq müddətdə ilk dəfə olaraq, biz tam milli müdafiə maliyyəsini və veteranların tibbi müavinətlərini qoruyaraq, illik əsasda xərcləri azaldırıq" .
CNN telekanalının məlumatına görə, saziş 2024-cü maliyyə ilində müdafiəyə 886 milyard dollar, veteranların tibbi yardımı üçün 121 milyard dollar, veteranların tibbi yardımı üçün 637 milyard dollar ayrılmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
- 13 d. əvvəl
-
41 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
46 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















