Azərbaycan banklarının Qazaxıstan səfəri başa çatmışdır
23-26 May 2023-cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Qazaxıstan Respublikası Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycan banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxslərinin təcrübə mübadiləsi və təlim məqsədi ilə Almatı şəhərinə səfəri baş tutmuşdur.
Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində “Halyk Bank”, “Bank Center Credit”, “Jusan Bank”, “Freedom Finance”, “VTB Bank” (Qazaxıstan), “Home Credit Bank”, “Eurasian Bank”, “Bereke Bank”, “Otbası Bank” və biznesin inkişafına dəstək fondu olan “DAMU” Fondu ilə görüş keçirilmişdir.
Görüşlərdə iştirakçılara aşağıdakı məsələlər üzrə Qazaxıstan bank sektorunun təcrübəsi haqqında məlumat verilmişdir:
-“Agile” idarəetməyə keçid prosesi;
-Pərakəndə bankçılıq və pərakəndə kreditləşmə;
-Biznes kreditlərində satış üsulları;
-Kredit risklərinin idarə edilməsi;
-Risklərin idarəedilməsi üzrə korporativ yanaşma;
-Kənd təsərrüfatı kreditləri üzrə yeni məhsullar, təhlil prosesi və kreditin verilməsi mexanizmi;
-Rəqəmsallaşma və avtomatlaşdırma, rəqəmsal biznes bankçılığı və rəqəmsal biznes platforması;
-Biznes kreditləşmə prosesində rəqəmsal həllər, innovativ trendlər;
-Onlayn bankçılıqda biznes kreditləri;
-Kredit rəsmiləşmə prosesində rəqəmsallaşma, “digital onboarding process”;
-Qazaxıstanda biznesə dəstək fondunun fəaliyyəti, təklif edilən məhsullar, subsidiya və zəmanət mexanizmləri, eləcə də fondla banklar arasında münasibətləri tənzimləyən qaydalar.
Bununla yanaşı iştirakçılara Qazaxıstan Respublikası Banklar Assosiasiyası tərəfindən “Qazaxıstan bank sistemi haqqında ümumi məlumat, kredit portfelinin bölgüsü, bazarın rəqəmsallaşma səviyyəsi” mövzusunda seminar keçirilmişdir.
Görüşlərdə Azərbaycan bank sektorunu 41 nəfərlik nümayəndə heyəti təmsil etmişdir.
Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 240-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.
Azərbaycan Bank Tədris Mərkəzinin rəsmi “LinkedIn” səhifəsi: ABTC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 19 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























