Türkiyə Mərkəzi Bankının ehtiyatı sürətlə "əriyir" - SON 21 İLDƏ İLK DƏFƏ MƏNFİ ZONADA
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) xalis ehtiyatı ötən həftə mənfi 0,2 milyard dollara qədər düşüb.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ehtiyatları sürətlə azalmaqda davam edir.
Marja.az TCMB-nin məlumatlarına istinadən xəbər verir ki, ötən həftə cəmi ehtiyatlar 3,5 milyard dollar azalaraq 101,6 milyard dollara düşüb. İki həftə ərzində ehtiyatlarda 12,5 milyard dollar azalma qeydə alınıb. TCMB-nin ehtiyatları iki ayda 25 milyard dollar azalıb.
Digər tərəfdən, xalis ehtiyatlar tarixən aşağı səviyyədədir. TCMB-nin xalis ehtiyatları mənfi 0,2 milyard dollara qədər azalıb. Beləliklə, 21 ildə ilk dəfə olaraq xalis ehtiyatlar mənfi zonaya keçib.
"Swap"lar istisna olmaqla xalis ehtiyatlarda da kritik səviyyə müşahidə olunub. Müvafiq olaraq, svoplar istisna olmaqla xalis ehtiyatlar mənfi 60,3 milyard dollar təşkil edib. Əvvəlki həftə bu rəqəm mənfi 57,8 milyard dollar olaraq qeydə alınmışdı.
Xalis valyuta ehtiyatı TCMB məlumatlarının aktiv hissəsindəki xarici aktivlərdən passiv hissədə cəmi xarici valyuta öhdəlikləri çıxıldıqdan sonra əldə edilən rəqəmin həmin günün məzənnəsinə bölünməklə hesablanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ermənistandan açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub
-
-
5 saat əvvəl
Bakı hava limanı Yunanıstan aviadaşıyıcısının ilk reysini qarşıladı
-
7 saat əvvəl
Bazara yeni məhsul - "KABABLIQ" təqdim olunur - 3 DƏQİQƏYƏ BİŞİR
- 7 saat əvvəl
-
9 saat əvvəl
Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosse yolu gələn il hazır olacaq
-
10 saat əvvəl
Sabahdan taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qoyulur
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Sabahdan taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minir

Bakıda Çin avtomobilləri festivalı keçirilir - FOTOLAR

"SAB" qanvermə aksiyası keçirib

Bakı hava limanı Yunanıstan aviadaşıyıcısının ilk reysini qarşıladı

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları olacaq
Ən çox oxunanlar

Yeni Apple Watch-lar nəyi bacarır?

Azərbaycan neftinin son qiyməti

Gürcüstanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib

AZAL və turizm agentlikləri müzakirələr aparıblar

Bank region filialı üçün mebel təchizatı üzrə tender elan edir
